Tarix:20/06/13
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Microsoft" və FTB-nin əməkdaşlarına 80-dən çox dövlət tərəfindən kömək edilib. Birgə səy sayəsində "Citadel" botnetinə daxil olan 1400 kompüter şəbəkəsindən əksəriyyətinin işi bloklanıb. Botnetin tərkibinə ümumilikdə təxminən 2 milyon kompüter daxil olub.
Ən çox kompüter ABŞ, Avropa və Honkonqda qeydə alınıb. Kompüterləri yoluxdurmuş və istifadəçidən xəbərsiz onları istismar edən zərərli proqram təminatının yayılması üçün "Windows" əməliyyat sisteminin pirat surətlərindən istifadə olunub.
Daha sonra zərərli proqram təminatı antivirus proqramlarını bloklayaraq özünün aşkar edilməsi prosesini çətinləşdirib. Cinayətkarlar "Citadel" botnetini maliyyə müəssisələrindən pul vasitələrinin oğurlanması üçün istifadə edib. Onun "qurban"ları həm kiçik kredit ittifaqları, həm də dünyanın tanınmış bank müəssisələri (məsələn, Bank of America, Credit Suisse, HSBC və Royal Bank of Canada) olublar.
Emil Hüseynov
“Microsoft” korporasiyası “Citadel” botnetinin işini bloklayıb
"Röyters" agentliyinin yaydığı məlumata əsasən, "Microsoft" korporasiyası bildirib ki, o, FTB ilə birgə "Citadel" adlı ən böyük botnetin işini bloklamağa müvəffəq olub."ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Microsoft" və FTB-nin əməkdaşlarına 80-dən çox dövlət tərəfindən kömək edilib. Birgə səy sayəsində "Citadel" botnetinə daxil olan 1400 kompüter şəbəkəsindən əksəriyyətinin işi bloklanıb. Botnetin tərkibinə ümumilikdə təxminən 2 milyon kompüter daxil olub.
Ən çox kompüter ABŞ, Avropa və Honkonqda qeydə alınıb. Kompüterləri yoluxdurmuş və istifadəçidən xəbərsiz onları istismar edən zərərli proqram təminatının yayılması üçün "Windows" əməliyyat sisteminin pirat surətlərindən istifadə olunub.
Daha sonra zərərli proqram təminatı antivirus proqramlarını bloklayaraq özünün aşkar edilməsi prosesini çətinləşdirib. Cinayətkarlar "Citadel" botnetini maliyyə müəssisələrindən pul vasitələrinin oğurlanması üçün istifadə edib. Onun "qurban"ları həm kiçik kredit ittifaqları, həm də dünyanın tanınmış bank müəssisələri (məsələn, Bank of America, Credit Suisse, HSBC və Royal Bank of Canada) olublar.
Emil Hüseynov
Baxış sayı: 815
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir