Tarix:21/06/13
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, səfər çərçivəsində mərkəzin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, Xarici siyasət şöbəsinin müdiri Rövşən İbrahimov və baş elmi işçi Kamal Makili-Əliyev Braziliyanın Strateji Məsələlər Nazirliyində “dəyirmi masa” keçiriblər. Ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov iki dövlətin bir sıra sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdıraraq əməkdaşlıq sahələrindən söz açıb.
Braziliyanın strateji məsələlər nazirinin müavini Rikardo Paes de Barros bu ölkədə orta təbəqənin inkişafı, bərabərsizlik səviyyəsinin azaldılması və gələcək inkişaf perspektivləri barədə çıxış edib. “Dəyirmi masa”nın ikinci sessiyasında Braziliya Müdafiə Nazirliyi Kibermərkəzinin direktoru Jose Karlos Dos Santos Braziliyada kibertəhlükəsizlik sahəsində görülən işlər və sahənin idarəedilməsi üzrə praktik təcrübə haqqında məruzə edib.
Kamal Makili-Əliyevin çıxışı isə kibertəhlükəsizlik sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə olub. Bundan sonra Azərbaycanın nümayəndə heyəti Braziliyanın Müdafiə Nazirliyinin Kibermüdafiə Mərkəzində olaraq idarəetmənin vəziyyəti ilə tanış olublar.
SEYMUR
Braziliyada Azərbaycanın kibertəhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlərdən danışılıb
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşları Braziliyaya səfər edib."ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, səfər çərçivəsində mərkəzin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, Xarici siyasət şöbəsinin müdiri Rövşən İbrahimov və baş elmi işçi Kamal Makili-Əliyev Braziliyanın Strateji Məsələlər Nazirliyində “dəyirmi masa” keçiriblər. Ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov iki dövlətin bir sıra sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdıraraq əməkdaşlıq sahələrindən söz açıb.
Braziliyanın strateji məsələlər nazirinin müavini Rikardo Paes de Barros bu ölkədə orta təbəqənin inkişafı, bərabərsizlik səviyyəsinin azaldılması və gələcək inkişaf perspektivləri barədə çıxış edib. “Dəyirmi masa”nın ikinci sessiyasında Braziliya Müdafiə Nazirliyi Kibermərkəzinin direktoru Jose Karlos Dos Santos Braziliyada kibertəhlükəsizlik sahəsində görülən işlər və sahənin idarəedilməsi üzrə praktik təcrübə haqqında məruzə edib.
Kamal Makili-Əliyevin çıxışı isə kibertəhlükəsizlik sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə olub. Bundan sonra Azərbaycanın nümayəndə heyəti Braziliyanın Müdafiə Nazirliyinin Kibermüdafiə Mərkəzində olaraq idarəetmənin vəziyyəti ilə tanış olublar.
SEYMUR
Baxış sayı: 826
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir