Tarix:27/06/13
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər 2012-ci ilin martından 2013-cü ilin martınadək 276259 min zərərli tətbiq hesablayıblar ki, bu da ötən illə müqayisədə 614% çoxdur. Əvvəlki hesabat dövründə artım sürəti 155%-ə bərabər idi. Zərərli tətbiqlərin 92%-i “Android” platforması ilə işləyən cihazlar üçün nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə virusların 24%-i “Google”-un mobil platforması üçün nəzərdə tutulmuşdu.
“Android” platformasının hakerlər arasında populyarlığı onun smartfon bazarında lider olması ilə əlaqədardır.
Emil Hüseynov
Virusların 92%-i “Android” platforması üçün yaradılıb
Dünyanın ən böyük şəbəkə avadanlığı istehsalçılarından biri Amerikanın “Juniper Networks” şirkəti mobil təhlükələrə dair üçüncü illik hesabatını dərc edib. Hesabatda smartfon və planşetlər üçün virusların təkamül və artım tempi, həmçinin sözügedən biznesin hakerlər üçün nə dərəcədə əlverişli olub-olmadığı haqqında məlumat verilib. Hesabat 1,85 milyondan çox mobil tətbiq və virusun təhlilinə əsaslanır.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər 2012-ci ilin martından 2013-cü ilin martınadək 276259 min zərərli tətbiq hesablayıblar ki, bu da ötən illə müqayisədə 614% çoxdur. Əvvəlki hesabat dövründə artım sürəti 155%-ə bərabər idi. Zərərli tətbiqlərin 92%-i “Android” platforması ilə işləyən cihazlar üçün nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə virusların 24%-i “Google”-un mobil platforması üçün nəzərdə tutulmuşdu.
“Android” platformasının hakerlər arasında populyarlığı onun smartfon bazarında lider olması ilə əlaqədardır.
Emil Hüseynov
Baxış sayı: 1190
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir