12px13px15px17px
Tarix:05/07/13

Banklarda texnoloji sistemlərlə aparılan əməliyyatlarda saxta əskinasların müəyyən olunmaması riskləri üzrə seminar keçirilib


Mərkəzi Bank (MB) tərəfindən kommersiya bankları üçün nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində "Bank Respublika" ASC-nin baş ofisində bankın müvafiq əməkdaşları üçün pul nişanlarının ekspertizasının təşkili mövzusunda nəzəri-praktiki seminar keçirilib.

MB-dan bildirilib ki, seminar iştirakçılarına pul nişanlarının mühafizə fəlsəfəsi, bank sistemində pul nişanlarının ekspertizasının təşkili və aparılması mövzusunda prezentasiya təqdim edilib, saxta pul çapına qarşı mübarizədə Mərkəzi Bankın rolu, həyata keçirdiyi siyasət və s. barədə məlumatlar verilib.

Seminar zamanı iştirakçılar tərəfindən kommersiya banklarında tətbiq olunan texnoloji sistemlərlə aparılan nağd əməliyyatlarda saxta əskinasların müəyyən olunmaması riskləri, xarici valyutaların ekspertizasının keçirilməsi prosedurları barədə verilən suallar cavablandırılıb və müzakirələr aparılıb.

Seminarın sonunda kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən davamlı tədbirlərin həyata keçirildiyi və bu sahədə banklara müvafiq texniki yardımların göstərildiyi bildirilib.

HƏQİQƏT



Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024