12px13px15px17px
Tarix:05/07/13

“Le Monde” qəzeti istifadəçiləri izləyən sistemin fransız analoqundan bəhs edib

Amerikalılarda olduğu kimi, Fransanın hakimiyyət orqanlarında da internet istifadəçilərini izləyən sistem mövcuddur. Bu barədə dünən “Le Monde” qəzeti yazıb. Mənbə gizli saxlanılıb.

Qəzet yazıb ki, Fransanın Xarici Təhlükəsizlik üzrə Baş İdarəsi (DGSE) ölkə daxilində kompüterlər arasında ötürülən məlumatları toplayır. Nəşrin məlumatına görə, “Google”, “Facebook”, “Apple” və “Yahoo!” korporasiyalarının istifadəçiləri, həmçinin vətəndaşların telefon danışıqları izlənilir. Məsələn, kəşfiyyatçılar göndərilmiş elektron məktublar və SMS mesajlar haqqında xəbərdardılar.

Bununla belə, “Le Monde” qəzeti qeyd edib ki, “DGSE” mesajın tərkibinə deyil, yalnız onun meta məlumatlarına (kim, haradan və kimə) giriş əldə edir. Terrorizmlə mübarizə üçün bu addım atılıb, lakin nəşr yazıb ki, “DGSE” faktiki olaraq bütün vətəndaşları izləyə bilərdi.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, toplanılan məlumatlar Parisdə Xarici Təhlükəsizlik üzrə Baş İdarənin qərargahında saxlanılır və onun emalı ilə superkompüter məşğul olur. Fransız qəzeti qeyd edib ki, yerli qanunlar sözügedən sistemin yaradılmasını qadağan edir.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 748

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024