Tarix:09/07/13
“McAfee Labs” antivirus laboratoriyasında, on minlərlə kompüterlərin sərt disklərindən məlumatları silən mürəkkəb haker hücumu haqda danışırlar.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verilən məlumata əsasən, silinən məlumatlar arasında Cənubi Koreyanın sirləri də olub.
“McAfee” bildirib ki, hücum edən naməlumlar məlumatları, Cənubi Koreya, ABŞ və silahlandırma ilə bağlı bir sıra açar sözlər üzrə axtarıblar. Tələb olunan sənədlər tapıldıqdan sonra hakerlər onları yükləyərək daşıyıcıda məhv ediblər.
Cənubi Koreya tərəfi bildirib ki, antivirus şirkəti tərəfindən təhlükə şişirdilib. Qurumun nümayəndələri bildiriblər ki, hərbi məlumat və dövlət sirləri saxlanılan kompüterlər fiziki olaraq internetə qoşulmayıblar və qlobal şəbəkədən onlara çıxış əldə etmək mümkün deyil.
“McAfee”də bildiriblər ki, cənubi koreyalı hərbiçilərə hücum çoxdan planlaşdırılıb. Hücumun ilk izləri 2009-cu ilə Seula qarşı “Troy” əməliyyatı keçirilən vaxta gedib çıxır. Hazırda tədqiqatçılar sındırılmış maşınlarda eyni çıxış nöqtəsinin mövcudluğunu müəyyən ediblər.
“McAfee”də ehtimal edirlər ki, hər iki hücumun arxasında eyni cinayətkarlar durur. Onlar bütün hadisələrdə eyni üsuldan istifadə ediblər. Hər hansı dövlət strukturundan rəsmi məlumatla elektron məktublar göndərilib.
Aynur Vəliyeva
Cənubi koreyalı hərbçilər hakerlərin kütləvi hücumuna məruz qalıblar

Baxış sayı: 663
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir