12px13px15px17px
Tarix:19/07/13

2013-cü ildə “DDoS” hücumların gücü 1655% artıb


 
"Prolexic Technologies" şirkəti bu ilin ikinci rübündə həyata keçirilmiş kiberhücumlara dair təhlilin nəticələri haqqında məlumatları bölüşüb. Şirkətin ekspertləri iddia edirlər ki, "DDoS"-hücumların gücü orta hesabla saniyədə 47,4 milyon paket, orta keçirtmə qabiliyyəti 49,24 Qbit təşkil edir. Bu o deməkdir ki, adıçəkilən göstəricilər 2012-ci ilin ikinci rübü ilə müqayisədə müvafiq olaraq 1655% və 925% artıb.

"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, bu il, həmçinin kibercinayətlərin hücum müddəti artıb. Məsələn, 2012-ci ilin birinci rübündə "DDoS"-hücum orta hesabla 17 saat, 2013-cü ilin birinci rübündə isə 38 saat müddətində həyata keçirilib.

Şirkətin direktoru Stüart Skolli kibercinayətkarların bot-şəbəkələrin müdafiəsi və aşkar edilməsi imkanlarına daha az diqqət ayırmalarını göstəricilərin artmasına səbəb kimi göstərib.

Emil Hüseynov



Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024