12px13px15px17px
Tarix:22/07/13

750 milyon telefonda boşluq aşkar edilib


 İnformasiya təhlükəsizliyi sahəsində problemlərin həlli üzrə ixtisaslaşmış “Security Research Labs” şirkətinin təsisçisi Karsten Nol SİM kartlarda aşkar edilmiş boşluq haqqında məlumatı bölüşüb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sözügedən açıq kibercinayətkarlara mobil qurğunun çipinə giriş əldə etmək üçün 56 rəqəmli açarı ələ keçirməyə imkan verir. Nəticədə hakerlər mətn mesajlarını ələ keçirə, ödənişlər edə və ya "qurban"ın  SİM kartının surətini düzəldə bilərlər. Bu prosesə cəmisi bir neçə dəqiqə lazımdır.

Mütəxəssisin təxmini qiymətləndirməsinə görə, haker hücumuna modelindən asılı olmayaraq 750 milyondan çox mobil telefon məruz qala bilər.

Ekspertlər bu problemin həlli yolunu müasir kriptoqrafiya  metodlarının tətbiqi, həmçinin virtual “Java” maşınlardan istifadədə görürlər.

Emil Hüseynov
 



Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024