12px13px15px17px
Tarix:26/07/13

Alman şirkətləri şəbəkələrinin təhlükəsizliyini gücləndirirlər


Kiberhücum və sənaye casusluğundan dəymiş illik zərərin həcmi 60 milyard avro təşkil edir.
"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, Almaniyanın orta və kiçik biznes nümayəndələrinin əksəriyyəti son zamanlar daxili şəbəkələrin təhlükəsizliyi və məxfi məlumatların mühafizəsindən çox narahatdırlar. "Der Spiegel" nəşri yazır ki, bununla əlaqədar olaraq, bazarın bir çox iştirakçıları verilənlər bazasının informasiya təhlükəsizliyini gücləndirirlər.

Qəzet yazır ki,  kiberhücum və sənaye casusluğundan dəymiş illik zərərin həcmi 60 milyard avro təşkil edir, lakin bu göstərici dəqiq deyil, çünki şirkətlərin əksəriyyəti informasiya itkisi və maliyyə zərəri haqqında məlumat vermirlər.

"Der Spiegel" qəzeti yazır ki, firmalar boşluqlar haqqında informasiyanı açıqlamırlar, çünki bu, rəqiblərə məxfi məlumatlar əldə etməyə və ya şirkətə zərər vurmağa imkan yarada bilər.

Alman şirkətinin təhlükəsizlik xidmətinin direktoru Markus Ştoydinqer deyib ki, yerli proqram təminatından istifadə olunması sayəsində xarici xüsusi xidmət orqanları tərəfindən izlənmə riski azalır. Bundan başqa, yerli xidmətlər provayderin şifrələnmə alqoritmlərinə girişə malik deyillər.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024