12px13px15px17px
Tarix:26/07/13

Azərbaycanın Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi ATM istifadəçilərinə ehtiyatlı olmağı tövsiyə edir


 
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi ATM istifadəçilərinə ehtiyatlı olmağı tövsiyə edir.
KİMM-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, son zamanlar Bakı şəhərinin küçə, ticarət və ictimai iaşə obyektlərində quraşdırılan ATM-lərdə kart məlumatlarını oxumağa imkan verən cihazların quraşdırılması halları artıb.


Bu cihazlar vasitəsilə fırıldaqçılar ATM-lərə daxil edilən kartların məlumatlarını əldə edərək ordakı vəsaitləri mənimsəmək imkanı qazanırlar.

Bununla bağlı olaraq KİMM ATM istifadəçilərini diqqətli olmağa çağırıb. Belə ki, ATM-dən istifadə zamanı onun üzərində hər hansı şübhəli, qeyri-adi, kustar üsulla hazırlanmış əlavə cihaz və qurğuları (videokamera, mikrofon, klaviatura və s.) aşkar etdikdə bankomatdan istifadə etməyin və bu haqda ATM-in məxsus olduğu banka məlumat vermək tövsiyə edilir.

Əsasən istifadə edilən ATM-ə kartı daxil etmədən öncə diqqətlə onun bütün qurğularını nəzərdən keçirmək və hər hansı qeyri-adi bir qurğu, yazı və ya adətən rast gəlinən yazının olmadığına fikir vermək tövsiyə edilir. Parolun və bank hesabının təhlükəsizliyinin ən asan şəkildə təmin edilməsi üçün ən azından parolu bir əllə yığaraq digər əllə üstünü örtmək, yaxında heç kimin onun oxumasına imkan verməmək tövsiyə edilir.

Aynur Vəliyeva
 
 
 



Baxış sayı: 778

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024