Tarix:01/08/13
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sirlərini açan Edvard Snouden təqdim etdiyi sənədlər əsasında "The Guardian", şəxsi məlumatlara çıxış əldə etməyə imkan verən "Xkeyscore" məxfi proqramı haqda məqalə dərc edib.
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, "XKeyscore" proqramı, Amerika xüsusi xidmətləri ilə əməkdaşlıq edən şirkətlərin saytlarının və ya trafiki ABŞ ərazisində yerləşən serverlərdən keçən saytların istənilən internet istifadəçisinin elektron poçta, çat sessiyalarına və hətta daxil olduqları saytlar haqda məlumatlara çıxış təqdim edir.
Xatırladaq ki, öncə bütün Amerika internet şirkətlərinin "PRİSM" proqramı çərçivəsində Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq etdiyi bildirilmişdi.
"XKeyscore" agentliyin analitiklərinə insanları elektron poçt ünvanı, telefon, İP-ünvan və açar sözü üzrə axtarmağa imkan verir. Sorğunu əsaslandırmaq üçün iki qısa sətri doldurmaq kifayətdir.
"XKeyscore" üzərindən axtarışda tammətnli məlumatlara çıxış əldə edilir, lakin bir məhdudiyyət var. Belə ki, "Xkeyscore" çərçivəsində demək olar ki, bütün trafik əldə edilir və o, cəmi bir neçə gün saxlanılır. Konkret insanları "izləmək" üçün ayrıca həll tələb olunur.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi "XKeyscore" proqramının mövcudluğunu rəsmi olaraq təsdiqləyib. Lakin bu proqramdan yalnız məhdud sayda insanların istifadəsinə icazə verilir və proqramın ABŞ-dan kənar digər ölkələrin vətəndaşlarına qarşı istifadə edildiyi qeyd edilib. Eləcə də bu addımın ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, öncə ABŞ siyasətçiləri və xüsusi xidmətlərin nümayəndələri vətəndaşların məlumatlarının yalnız meta-məlumatlarına çıxışları olduqlarını bildirmişdilər, Edvard Snoudenin son açıqlaması isə bu bəyanatların yalan olduğunu göstərib.
Aynur Vəliyeva
Virtual aləmdə insanları izləyən daha bir proqram peyda oldu

Baxış sayı: 963
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir