12px13px15px17px
Tarix:02/08/13

İyun ayında spamın payı cüzi artıb


 "Kasperski Laboratoriyası"nın məlumatlarına əsasən, bu ilin iyununda poçt trafikində spamın payı 1,4% artaraq 71,1% olub. Ötən ayla müqayisədə poçt axınında fişinq tərkibli məktubların payı cüzi artıb və 0,0032% olub. Bütün elektron mesajların 1.8%-də zərərverici bərkitmələr qeydə alınıb ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 1% aşağıdır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, iyun ayında spamerlər məhsul və xidmət reklamlarına daha çox üstünlük veriblər, çünki yay aylarında onlara tələbat kəskin artır.
İyun ayının yekununa görə, spam göndərilməsi üzrə üç əsas ölkənin mövqeyi dəyişməz olaraq qalıb. Bununla belə, üç ölkənin hər birindən göndərilən spamın payı artıb. Göndərilən spam məktublarının sayına görə Çin lider mövqedə qərarlaşıb, onun payı 23,9% təşkil edir ki, bu da ötən ayın göstəricisini 2,5% ötür. ABŞ ikinci, Cənubi Koreya üçüncü yerdə qərarlaşıb.

Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024