12px13px15px17px
Tarix:16/08/13

ABŞ informasiya təhlükəsizliyi xidmətlərinə görə 6 milyard dollar xərcləyib


 ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (Department of Homeland Security) “Fasiləsiz diaqnostika və dövlət informasiya sistemlərinə hücumların qarşısının alınması proqramı”nda (Continuous Diagnostics and Mitigation, CDM) iştirak üçün 17 şirkət seçib. “CDM” proqram iştirakçıları hökumətə “.gov” zonasında mülki kompüterlərə, eləcə də mobil qurğular daxil olmaqla ayrı-ayrı nöqtələrə kiberhücumları dəf etmək üçün alət və xidmətlər təqdim etməlidirlər. 6 milyard dollarlıq saziş eyni vaxtda 17 şirkətlə imzalanıb. Onların sırasında “IBM”, “Lockheed Martin”, “General Dynamics”, “Computer Sciences Corporation” və “Northrup Grumman” kimi şirkətlər yer alıb.

ABŞ Ümumi Təyinatlı Xidmətlər İdarəsindən verilən məlumata görə, digər adı “Xidmət kimi fasiləsiz monitorinq” (Continuous Monitoring as a Service, CMaaS) olan “CDM” proqramı ABŞ hökumətinin informasiya təhlükəsizliyi ilə bağlı mövqeyində irəliləyişin olmasını göstərir. Hökumət tədricən hökumət təşkilatlarının informasiya təhlükəsizliyi standartlarına uyğun hesabat vermək modelindən real vaxt rejimində kibertəhdidlərlə fəal mübarizəyə keçir, - “CNews www.cnews.ru” yazır.    
 



Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024