12px13px15px17px
Tarix:17/08/13

Azərbaycan radiotezlik spektrinin idarəedilməsi üzrə məsləhətləşmələrdə iştirak edəcək


Azərbaycan Regional Rabitə Birliyinin radiotezlik spektri və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyasının radiotezlik spektrinin idarəedilməsi üzrə işçi qrupunun üçüncü iclasında təmsil olunacaq.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, beynəlxalq tədbir sentyabrın 11-13-də Moskvada keçiriləcək.

İşçi qrupun iclasında, simsiz rabitə sistemləri üçün nəzərdə tutulmuş 800 HHz, 2,3 HHz, 2,5 HHz, 3,6 HHz radiotezliklər zolaqlarının hazırkı və gələcək istifadəsi haqda hesabatların layihələrinə əlavə olunan işçi sənədlərin,  Ku və Ka diapazonlarında VSAT peyk terminallarının istifadəsinin tənzimlənməsinin hüquqi-normativ bazasının, həmçinin radiotezlik çeşidinin istifadəsinə görə  məlumat-sorğu materiallarının istifadəsi üzrə layihələrin,  UQD tezlik zolaqlarında koqnitiv radio sistemlərinin tətbiqi perspektivləri üzrə sorğu kitabçasının baxılması gözlənilir.

Aynur Vəliyeva
 



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024