12px13px15px17px
Tarix:17/08/13

İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq tədbir keçiriləcək


Regional Rabitə Birliyinin (RRB) elektrorabitə üzrə komissiyasının,  Regional Rabitə Birliyinin elektrorabitə operatorları şurasının 32/28-ci birgə iclası və qarşılıqlı fəaliyyətdə olan rabitə şəbəkələrinin informasiya təhlükəsizliyi  üzrə İşçi qrupunun 19-cu iclası sentyabrın 12-13-də Voronej şəhərində keçiriləcək.

“ICTnews” xəbər xidmətinin RRB-nin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, birgə iclasda MDB ölkələrində beynəlxalq rabitə xidmətləri göstərildikdə (o cümlədən rouminqdə) operatorlar arası hesablaşmaların həyata keçirilməsi prinsipləri haqda sazişin layihəsinin baxılması nəzərdə tutulub.

Tədbirdə eyni zamanda, radiotezlik çeşidinin idarəedilməsinin iqtisadi metodlarının istifadəsi, 2012-ci il ərzində MDB ölkələrinin infokommunikasiya inkişafının regional monitorinqinin nəticələri, aşağı əhali sıxlaşması müşahidə olunan ərazilərdə rəqəmsal qeyri-bərabərliyin aradan qaldırılması üçün yeni imkanlar müzakirə ediləcək.
İclaslarda rabitə şəbəkələrində xidmət keyfiyyətinin və rabitə sistemlərinin monitorinq mərkəzlərinin tətbiqi məsələləri, RRB-yə üzv olan ölkələrin şəbəkələrinin konvergensiyasını nəzərə alaraq rabitə şəbəkələrinin qarşılıqlı fəaliyyətinin İP protokola keçirilməsi, mobil və stasionar rabitə şəbəkələrində nömrələrin daşınması sisteminin tətbiqi məsələlərinə də baxılacaq.

Qeyd edək ki, Azərbaycan tərəfini informasiya təhlükəsizliyi komissiyasında  Məlumat-Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov təmsil edir.

Aynur Vəliyeva
 




Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024