12px13px15px17px
Tarix:20/08/13

2013-cü ilin birinci yarısında “Android” platforması üçün mobil təhlükələrin sayı 180% artıb

Mobil viruslar sürətlə inkişaf edir və 2013-cü ilin birinci yarısında onların sayı 180% artıb. Almaniyanın "G Data" antivirus şirkətində işləyən ekspertlərin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində "Android" mobil əməliyyat sistemi üçün 519 mindən çox yeni zərərli proqram aşkar edilib.

Müqayisə üçün, 2012-ci ilin ikinci yarısında bu göstərici təxminən 185 min olub. "G Data" şirkətinin məhsulları gündəlik sözügedən platformanın istifadəçilərinə hədəflənmiş 2868 yeni zərərli proqram təminatı aşkar edib. Qeyd edək ki, ötən ilin birinci yarısında 29,5 mindən çox yeni təhdid aşkar edilib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Android" hazırda ona hədəflənmiş zərərli proqramların sayına görə mobil platformalar arasında liderdir. Belə vəziyyət yalnız bu ƏS-də işləyən cihazların çoxluğu ilə deyil, həm də son zamanlar çıxarılmış xüsusi alətlərin (malware kit) əl yetərliyi ilə izah olunur. Belə ki sözügedən alətlər vasitəsilə, hətta təcrübəsiz istifadəçi zərərli proqram təminatı yarada bilər. Bundan başqa, virus yazanlar tətbiqlərdə zərərli kodu maskalamağa başlayıblar ki, bu da bu cür proqram təminatının təhlilini çətinləşdirir. Nəticədə virusa yoluxmuş tətbiq uzun müddət qurğuda aktiv olaraq qalır və kibercinayətkarlar ondan öz məqsədləri naminə istifadə edə bilərlər.

"Android" platfroması üçün yeni mobil təhlükələrin 46%-ni troyan proqramları təşkil edir.

"Hazırda virus yazan olmaq üçün, təəssüf ki, xüsusi texniki bacarıqlara malik olmaq tələb olunmur. İnternetdə xüsusi alətlərin əl yetərliyi təhlükəli texnologiyaların yalnız geniş yayılmasına imkan yaradır. Bu tendensiyanı təhlil edərək, əminliklə demək olar ki, belə vəziyyət bundan sonra da inkişaf edəcək və cari ilin ikinci yarısında "Android" üçün yeni zərərli proqramların sayı üç dəfə arta bilər" –  "G Data" şirkətinin antivirus eksperti Eddi Vilyams deyib.
Emil Hüseynov
 
 



Baxış sayı: 710

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024