Tarix:22/08/13
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, dövlət orqanları saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil. “Bununla əlaqədar bildiririk ki, gecə saat 01:30 – 02:30 radələrində, reqlamentə uyğun olaraq aparılan profilaktik tədbirlərlə əlaqədar dövlət saytlarına giriş müvəqqəti məhdudlaşdırılıb. Profilaktik tədbirlər qurtardıqdan sonra saytların işi bərpa olunub və təhlükəsizliyi yüksək standartlara uyğun təmin olunur”,- deyə rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, “Cert.gov.az” Azərbaycan dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmətlər göstərir.
Aynur Vəliyeva
Azərbaycanın dövlət orqanlarının saytları dağıdılmayıb
Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət orqanları saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatları təkzib edib.Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, dövlət orqanları saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil. “Bununla əlaqədar bildiririk ki, gecə saat 01:30 – 02:30 radələrində, reqlamentə uyğun olaraq aparılan profilaktik tədbirlərlə əlaqədar dövlət saytlarına giriş müvəqqəti məhdudlaşdırılıb. Profilaktik tədbirlər qurtardıqdan sonra saytların işi bərpa olunub və təhlükəsizliyi yüksək standartlara uyğun təmin olunur”,- deyə rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, “Cert.gov.az” Azərbaycan dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmətlər göstərir.
Aynur Vəliyeva
Baxış sayı: 878
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir