Tarix:23/08/13
Ekspertlər deyirlər ki, onlayn-bankinq sistemlərinin hesablarından vəsaitlərin oğurlanmasına yönəldilmiş haker hücumlarının yeni strategiyasını aşkar ediblər.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bir haker hücumunu gizlətmək üçün hakerlər digər “DDoS” hücumuna başlayırlar. “Gartner” şirkətində bildirirlər ki, Amerika banklarına ən azından üç hücum qeydə alıblar ki, onların müəllifləri bankların serverlərinə süni “DDoS”-hücumlar buraxıblar, onların arxasında isə, daha uzun müddət gizli qalaraq, onlayn-bankinq sistemlərinə müdaxilə ediblər, çünki İT personalı “DDoS”-hücumların qarşısını almaqla məşğul olub.
“Gartner” məhz hansı Amerika banklarının bu hücumların qurbanı olduğunu bildirmir, lakin son bir neçə ay ərzində bir qrup Amerika bankı, o cümlədən “JP Morgan”, “Wells Fargo”, “Bank of America”, “Chase”, “Citigroup”, “HSBC” onlara qarşı tətbiq edilən “DDoS”-hücumlar haqda bildiriblər.
"Bu, siyasi motivasiya edilmiş qruplar deyildir. Təşkilatçıların məqsədi bir neçə saatlıq bankların saytlarını sıradan çıxartmaq olub, yəni onların son məqsədi “DDoS”-hücum olmayıb ", - “Gartner”də qeyd ediblər.
"DDoS”-hücumun ən qızğın vaxtında, fırıldaqçılar qrupu ödəniş və onlayn bankinq sistemlərinə hücuma keçirlər ki, sistemdə genişlənmiş imkanlar əldə etsinlər", - deyə şirkətdə bildiriblər.
“Gartner”in hesabatında eyni zamanda bildirilib ki, hücumlar zamanı təşkilatçılar, tranzaksiyalara cavabdeh olan şəbəkə avadanlıqlarına çıxış əldə etmək istəyirlər.
Hesabatda bədəməllərin onlayn-bankinq sistemlərinə necə çıxış əldə etdikləri bildirilmir, lakin banklara tövsiyə edilir ki, “DDoS”-hücum qeyd edildikdə ya maliyyə tranzaksiyalarını azaltsınlar, ya da tamamilə onları dayandırsınlar və eyni zamanda İT-perimetrin çoxtəbəqəli mühafizə sistemini reallaşdırsınlar.
Xatırladaq ki, ABŞ-ın Federal Araşdırmalar Bürosunun maliyyə-iqtisadi bölməsində Amerikanın bank sahəsində “DDoS”-aktivliyinin artmasını və onlayn-bankinq sistemlərinə ən məşhur hücumlar üçün 200 dollarlıq proqram toplumlarını internetdə aşkar etdiklərini bildiriblər.
Aynur Vəliyeva
Bankların onlayn sistemlərinə hücumları “DDoS” kimi maskalayırlar

Baxış sayı: 716
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir