12px13px15px17px
Tarix:27/08/13

“Texnoloji transfer və 2013-cü il innovasiyaları” beynəlxalq biznes konfransı keçiriləcək

 Cari ilin 29-30 oktyabr tarixlərində Çexiya Respublikasının Praqa şəhərində 2-ci "Texnoloji transfer və 2013-cü il innovasiyaları" beynəlxalq biznes konfransı keçiriləcək.

Konfransın məqsədi aparıcı elmi tədqiqat müəssisələri, tədqiqatçıları, menecerləri, ali məktəblərdə çalışan peşəkarları, tələbələri, şirkətləri, o cümlədən dövlət strukturları və qeyri-hökumət təşkilatlarını cəlb etməklə innovasiyalar, nəzəri məsələlər və texnologiya transferi təcrübəsi üzrə fikir mübadiləsi, müzakirələr üçün platforma yaratmaqdır.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, iki gün davam edəcək konfransın birinci günündə fikir mübadiləsi aparmaq üçün təklif edilən tematik mövzulara "Texnologiya və innovasiya siyasəti", " Akademik və sənaye yenilikləri", "Texnologiya transferinin dizayn və modelləri. Maraqlı tərəflər", " Akademik əsaslı texnologiya transferi", " Texnologiya transferi və regional iqtisadiyyat", "Texnologiya transferi üçün potensiallar" kimi mövzular daxildir.

Növbəti gün – oktyabrın 30-u tədbir "Biznes üçün broker imkanları və akademik nümayəndə" mövzusu üzrə davam edəcək. Elmi İnnovasiyalar Mərkəzindən qeyd edilib ki, potensial tərəfdaş axtaran şirkətlər öz profil və layihələrini (təklif və sorğularını) onlayn qeydiyyatdan keçirə bilərlər.

Konfrans ingilis dilində keçiriləcək: "Sinxron tərcümə təmin edilir. Konfrans haqqında geniş məlumatı "www.questreach.com" saytından əldə etmək mümkündür".

Həqiqət İSABALAYEVA



Baxış sayı: 2801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024