12px13px15px17px
Tarix:27/08/13

“Mail.ru” “bulud”da məlumatların saxlanılması servisini istifadəyə verir


“Mail.ru” şirkəti “Microsoft”,  “Google” və ”Yandex”dən sonra “bulud”da məlumatların məsafədən saxlanılması servisinin qapalı beta-testləşdirilməsinə başlayır. Testləşmənin iştirakçıları “bulud”da 100 GB pulsuz saxlama yeri ala bilərlər.

“Mail.ru” “bulud”unda şəkilləri, videoları, təqdimatları və s. faylları saxlamaq və onları digər istifadəçilərlə bölüşmək olar. “Bulud”dan təkcə veb-interfeys vasitəsilə deyil, həm də “Android” və “iOS” mobil və desktop (“Windows” və “Mac OS”) proqramları vasitəsilə istifadə etmək olar.

Şəxsi “bulud”da olan fayllar bütün qurğularda sinxronlaşdırılır. “Böyük” kompüterlər üçün əlavələr (“Windows” və ya “Mac OS” əsasında) sərt diskdə xüsusi qovluğu məlumatların saxlandığı yerlə avtomatik sinxronlaşmağa imkan verir. İstifadəçi bu qovluğa nə fayl qoysa, o anda “bulud”a yüklənəcək və istənilən digər qurğudan istifadə edilə biləcək.

Mobil əlavələrdə telefondan şəkillərin avtomatik yüklənməsi əvvəldən təqdim edilən əsas funksiyadır. Bu funksiya aktivdirsə, qurğu vasitəsilə çəkilən bütün şəkillər, o anda “bulud”a yüklənir, bu, qurğunun sınması və itirilməsi hallarında kontentin yaxşı qorunmasını təmin edir.

Bundan əlavə, onlara planşetdə və ya böyük ekranda dostlarla və qohumlarla birgə baxmaq asanlaşır.
“Mail.ru” “bulud”unun beta-testləşdirilməsinə yazılan hər bir istifadəçiyə 100 GB-dək sərbəst məkan ayrılır. Testləşdirmədə iştirak etmək üçün müraciətləri bu ünvana göndərmək olar: “http://cloud.mail.ru”.

Aynur Vəliyeva
 
 



Baxış sayı: 816

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024