Tarix:29/08/13
Andrea Stroppa və Karlo de Miçelinin rəhbərliyi altında informasiya təhlükəsizliyi sahəsində işləyən italiyalı tədqiqatçılar qrupu “Facebook” sosial şəbəkəsində yüz minlərlə spam mesajını təhlil edib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ekspertlər mesajların təhlili zamanı əsasən "Ey! Bura klik et və iPhone üçün ödənişsiz proqram təminatına sahib ol!" kimi ifadələrə, “Tinyurl.com” və ya “bit.ly” xidmətlərinin köməkliyi ilə yaradılmış qısa istinadlara diqqət yetiriblər. Onlar “Facebook” istifadəçilərini istinadlara sıxmağa məcbur edən xeyli sayda saxta fanat səhifələri aşkar ediblər.
Spamerlərlə mübarizə nəhəng sosial şəbəkə üçün aktual məsələdir. Spamerlərin sözügedən sosial şəbəkə, həmçinin onunla bağlı saytların köməkliyi ilə əldə etdiyi gəlirlərin ictimaiyyətə heç bir faydası yoxdur.
Ekspertlərin qiymətləndirmələrinə görə, “Facebook”da hər səkkizinci səhifə əslində spam istinadlarının yerləşdirilməsinə xidmət edir.
Tədqiqatçıların hesablamalarına əsasən, öz səhifələrində spam postları yerləşdirən və təxminən 30 min abunəçisi olan istifadəçilər öz statuslarına görə orta hesabla 13 dollar qazanırlar. Sosial şəbəkədə gündəlik 18 min spam mesaj yerləşdirən spamerlərin illik gəliri 87-dən 390 milyon dollaradək (orta hesabla təxminən 200 milyon dollar) təşkil edəcək.
Emil Hüseynov
Spamerlər “Facebook”dan ildə nə qədər qazanırlar?

Baxış sayı: 685
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir