Tarix:06/09/13
Nəşrin məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) superkompüterlərdən istifadə etməklə mövcud şifrləri sındırmaqla yanaşı, İT şirkətləri və internet provayderləri ilə məxfi əməkdaşlıq sayəsində şifrləmə mexanizmlərində boşluqları aşkar edib, eləcə də bu sahədəki beynəlxalq standartları zəiflədib.
Sənədlərə əsasən, MTA-nın onillik antikriptoqrafik proqramı 2010-cu ildə çoxlu sayda məlumat toplamağa nail olmaqla böyük irəliləyişə müvəffəq olub.
Xüsusi xidmət orqanının ABŞ-ın kiberməkanına məhdudiyyətsiz çıxış və istifadə üçün əsas kimi xarakterizə etdiyi məxfi proqramın illik büdcəsi 250 milyon dollar təşkil edib.
Antikriptoqrafik proqramda MTA ilə yanaşı, Böyük Britaniyanın radioelektron kəşfiyyat və dövlət orqanlarının informasiyasının mühafizəsinə məsul olan Hökumət Rabitəsi Mərkəzi (Government Communications Headquarters, GCHQ) də iştirak edib. “The Guardian”ın məlumatına görə, mərkəz “Hotmail”, “Google”, “Yahoo!” və “Facebook” servislərindən keçən şifrlənmiş məlumatların sındırılması üsullarının hazırlanması ilə məşğul olub, - "Lenta www.lenta.ru” yazır.
ABŞ və Böyük Britaniya deşifrləmə proqramdan istifadə edir?
ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları milyonlarla internet istifadəçisinin və şirkətlərin şəxsi məlumatlarını, elektron məktublarını və bank əməliyyatlarını mühafizə edən deşifrləmə sistemini sındırmağa nail olublar. Bu barədə “The Guardian” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin təqdim etdiyi sənədlərə istinadən yazıb.Nəşrin məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) superkompüterlərdən istifadə etməklə mövcud şifrləri sındırmaqla yanaşı, İT şirkətləri və internet provayderləri ilə məxfi əməkdaşlıq sayəsində şifrləmə mexanizmlərində boşluqları aşkar edib, eləcə də bu sahədəki beynəlxalq standartları zəiflədib.
Sənədlərə əsasən, MTA-nın onillik antikriptoqrafik proqramı 2010-cu ildə çoxlu sayda məlumat toplamağa nail olmaqla böyük irəliləyişə müvəffəq olub.
Xüsusi xidmət orqanının ABŞ-ın kiberməkanına məhdudiyyətsiz çıxış və istifadə üçün əsas kimi xarakterizə etdiyi məxfi proqramın illik büdcəsi 250 milyon dollar təşkil edib.
Antikriptoqrafik proqramda MTA ilə yanaşı, Böyük Britaniyanın radioelektron kəşfiyyat və dövlət orqanlarının informasiyasının mühafizəsinə məsul olan Hökumət Rabitəsi Mərkəzi (Government Communications Headquarters, GCHQ) də iştirak edib. “The Guardian”ın məlumatına görə, mərkəz “Hotmail”, “Google”, “Yahoo!” və “Facebook” servislərindən keçən şifrlənmiş məlumatların sındırılması üsullarının hazırlanması ilə məşğul olub, - "Lenta www.lenta.ru” yazır.
Baxış sayı: 790
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir