Tarix:12/09/13
“ICTnews” xəbər xidmətinin RRB-nin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, birgə iclasda MDB ölkələrində beynəlxalq rabitə xidmətləri göstərildikdə (o cümlədən rouminqdə) operatorlar arası hesablaşmaların həyata keçirilməsi prinsipləri haqda sazişin layihəsinin baxılması nəzərdə tutulub.
Tədbirdə eyni zamanda, radiotezlik çeşidinin idarə edilməsinin iqtisadi metodlarının istifadəsi, 2012-ci il ərzində MDB ölkələrinin infokommunikasiya inkişafının regional monitorinqinin nəticələri, aşağı əhali sıxlaşması müşahidə olunan ərazilərdə rəqəmsal qeyri-bərabərliyin aradan qaldırılması üçün yeni imkanlar müzakirə ediləcək.
İclaslarda rabitə şəbəkələrində xidmət keyfiyyətinin və rabitə sistemlərinin monitorinq mərkəzlərinin tətbiqi məsələləri, RRB-yə üzv olan ölkələrin şəbəkələrinin konvergensiyasını nəzərə alaraq rabitə şəbəkələrinin qarşılıqlı fəaliyyətinin İP protokola keçirilməsi, mobil və stasionar rabitə şəbəkələrində nömrələrin daşınması sisteminin tətbiqi məsələlərinə də baxılacaq. Tədbir sentyabrın 13-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan tərəfini təhlükəsizlik komissiyasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat-Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov təmsil edir.
Aynur Vəliyeva
İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq tədbir keçiriləcək
Voronej şəhərində Regional Rabitə Birliyinin (RRB) elektrorabitə üzrə komissiyasının, Regional Rabitə Birliyinin Elektrorabitə operatorları şurasının 32/28-ci birgə iclası və qarşılıqlı fəaliyyətdə olan rabitə şəbəkələrinin informasiya təhlükəsizliyi üzrə İşçi qrupunun 19-cu iclası başlayır.“ICTnews” xəbər xidmətinin RRB-nin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, birgə iclasda MDB ölkələrində beynəlxalq rabitə xidmətləri göstərildikdə (o cümlədən rouminqdə) operatorlar arası hesablaşmaların həyata keçirilməsi prinsipləri haqda sazişin layihəsinin baxılması nəzərdə tutulub.
Tədbirdə eyni zamanda, radiotezlik çeşidinin idarə edilməsinin iqtisadi metodlarının istifadəsi, 2012-ci il ərzində MDB ölkələrinin infokommunikasiya inkişafının regional monitorinqinin nəticələri, aşağı əhali sıxlaşması müşahidə olunan ərazilərdə rəqəmsal qeyri-bərabərliyin aradan qaldırılması üçün yeni imkanlar müzakirə ediləcək.
İclaslarda rabitə şəbəkələrində xidmət keyfiyyətinin və rabitə sistemlərinin monitorinq mərkəzlərinin tətbiqi məsələləri, RRB-yə üzv olan ölkələrin şəbəkələrinin konvergensiyasını nəzərə alaraq rabitə şəbəkələrinin qarşılıqlı fəaliyyətinin İP protokola keçirilməsi, mobil və stasionar rabitə şəbəkələrində nömrələrin daşınması sisteminin tətbiqi məsələlərinə də baxılacaq. Tədbir sentyabrın 13-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan tərəfini təhlükəsizlik komissiyasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat-Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov təmsil edir.
Aynur Vəliyeva
Baxış sayı: 864
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir