Tarix:27/09/13
“Laboratoriya Kasperskoqo” şirkətinin bütün dünya üzrə bu ilin yayında apardığı araşdırmalar nəticəsində məlum olub ki, təkcə Rusiyada son 12 ay ərzində hər dördüncü istifadəçi fərdi rəqəmli qurğuların, o cümlədən smartfonların və planşetlərin itirilməsi, oğurlanması və zədələnməsi halları ilə üzləşib. Qurğularla birgə istifadəçilərin fərdi məlumatları da ömürlük itirilir.
Sorğu nəticəsində məlum olub ki, rusiyalıların 22%-i bildirib ki, son 12 ay ərzində qeyd edilmiş hadisələrdən biri baş verib. 17% halda qurğuların nasazlığı halları qeydə alınır. Sorğu göstərib ki, fərdi mobil qurğular vacib məlumatların saxlanılması üçün aktiv istifadə edilir. Smartfon istifadəçilərinin 87%-i, planşet istifadəçilərinin 84%-i qajetlərində şəxsi şəkil və video saxlayırlar, müvafiq olaraq istifadəçilərin 43%-i və 51%-i qurğularında fərdi elektron poçt məlumatlarını qoruyurlar.
İstifadəçilərin 18% və 16%-i müvafiq olaraq qurğularında sosial şəbəkələrdə fərdi akkauntlarının və elektron poçt qutularının parollarını saxlayırlar. Bir çox hallarda smartfon və planşetlər şəxsi məlumatları saxlamaq ilə yanaşı, işgüzar yazışmaları saxlamaq üçün (30% smartfon və 36% planşet sahibləri), iş sənədlərini saxlamaq üçün (27% və 42%) istifadə edilir. Maliyyə məlumatlarını, o cümlədən internet- bankinqdən istifadə etmək üçün parolları istifadəçilərin 13% və 7%-i saxlayır.
Beləliklə, mobil qurğuların itirilməsi bir çox hallarda nəinki şəxsi, o cümlədən işgüzar həyatda da problemlər yarada bilər.
Belə halların qarşısını almaq üçün effektiv proqram təminatlarından istifadə etmək tövsiyə edilir.
Aynur Vəliyeva
İstifadəçilər şəxsi məlumatlarını hansı yolla qoruyur?

Baxış sayı: 655
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir