12px13px15px17px
Tarix:30/09/13

Böyük Britaniyanın Müdafiə Nazirliyi yeni kiberbölmə yaradır


Britaniyanın Müdafiə Nazirliyi bazar günü yeni kiberbölmənin yaradılması planları haqqında məlumat verib. Sözügedən bölmənin vəzifəsi son dərəcə mühüm dövlət rəqəmli məlumatlarının mühafizəsi, həmçinin gərək olduğu hallarda xarici kiberhücumlarla qarşıdurma olacaq.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, müdafiə naziri Filip Xemmond deyib ki, Birləşmiş Kiberehtiyat Bölməsi rəqəmli texnologiya və kibercasusluq əsrində Böyük Britaniyanın həm müdafiə, həm də hücum imkanlarının gücləndirilməsinə xidmət edəcək. Həmçinin Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri deyib ki, ekspertlərin aktiv işə qəbul olunma mərhələsi oktyabrda başlanacaq.

Məlumatlara əsasən, quruma həm mülki mütəxəssislər, həm də hərbi ehtiyatda olanlar qəbul ediləcək.

Emil Hüseynov
 
 



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024