Tarix:07/10/13
Oktyabrın 7-dən etibarən Böyük Britaniyada Milli Antikriminal Agentliyi (NCA) işə başlayır. Yeni təşkilatın başlıca vəzifəsi ölkədə sayı təxminən 6 minə çatan mütəşəkkil cinayətkar qruplaşmalarla mübarizədir.
“NCA”-nın səlahiyyəti genişdir, belə ki, agentlik qul alveri, seksual istismar, qeyri-qanuni miqrasiya və uşaqlar üzərində zorakılıq daxil olmaqla transmilli cinayətkarlıq, narkotik və silah qaçaqmalçılığı, o cümlədən kibercinayətkarlıqla mübarizə aparacaq.
Yeni xüsusi xidmət orqanının ümumi sayı 4,5 min nəfər əməkdaşdan ibarət olacaq. Bundan başqa, “NCA”-nın 40 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu, son 15 ildə Böyük Britaniyada yaradılan üçüncü belə agentlikdir. Tənqidçilər bildirirlər ki, “NCA” resursları məhdud olmaqla mövcud xüsusi xidmət orqanlarının yeni formasıdır.
“NCA” rəhbəri bəyan edib ki, heç bir cinayətkar yeni xüsusi xidmət orqanının nəzərindən kənarda qala bilməyəcək, - “BBC www.bbc.co.uk” yazır.
Böyük Britaniyada yeni xüsusi xidmət orqanı fəaliyyətə başlayır

Baxış sayı: 705
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir