Tarix:07/10/13
Daha sonra Baş Hesablama Mərkəzinin direktor müavini F.Cəlilov komitədə informasiya sistemlərinin təhlükəsizliyi mövzusunda mühazirə ilə çıxış edib. O, DSK-da informasiya təhlükəsizliyinin texniki təminatı, serverlərin iş prinsipləri, fərdi kompyuterlərdə informasiya itkisinin qarşısının alınması yolları və antiviruslar haqqında seminar iştirakçılarına geniş məlumat verib.
İnformasiya təhlükəsizliyinin hüquqi təminatı mövzusunda çıxış etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri B.Məmmədov tədbirə dəvət olunub. O, çıxışı zamanı Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin hüquqi təminatı, bu sahədə olan qanunvericilik aktları, kibercinayətkarlıq və onun təzahür formaları, kibercinayətkarlığa qarşı mübarizə tədbirləri haqqında məlumat verib.
Daha sonra Dövlət Statistika Komitəsində informasiya mübadiləsi, informasiyanın təhlükəsizliyinin təmin olunması, məlumatların arxivləşdirilməsi və surətlərinin çıxarılması haqqında Baş Hesablama Mərkəzinin Məlumat Bazaları Texnologiyalarının tətbiqi şöbəsinin rəis müavini S.Hacıyeva məlumat verib.
Dövlət Statistika Komitəsində informasiya mübadiləsi, informasiyanın təhlükəsizliyinin təmin olunması zamanı yaranan problemlər haqqında isə Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdir müavini Ç.Əliyeva çıxış edib. Tədbirin sonunda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Həqiqət İSABALAYEVA
“Dövlət Statistika Komitəsində informasiya təhlükəsizliyinə dair maarifləndirmənin genişləndirilməsi” üzrə seminar keçirilib
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Dövlət Statistika Komitəsində (DSK) informasiya təhlükəsizliyinə dair maarifləndirmənin genişləndirilməsi” mövzusunda seminar keçirilib. Komitədən bildirilib ki, seminarda DSK-nın sədr müavini Y.Yusifov müasir dövrdə informasiyanın və onun təhlükəsizliyinin bütün cəmiyyət, eyni zamanda Dövlət Statistika Komitəsi üçün ən prioritet məsələlərdən biri olduğunu qeyd edib.Daha sonra Baş Hesablama Mərkəzinin direktor müavini F.Cəlilov komitədə informasiya sistemlərinin təhlükəsizliyi mövzusunda mühazirə ilə çıxış edib. O, DSK-da informasiya təhlükəsizliyinin texniki təminatı, serverlərin iş prinsipləri, fərdi kompyuterlərdə informasiya itkisinin qarşısının alınması yolları və antiviruslar haqqında seminar iştirakçılarına geniş məlumat verib.
İnformasiya təhlükəsizliyinin hüquqi təminatı mövzusunda çıxış etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri B.Məmmədov tədbirə dəvət olunub. O, çıxışı zamanı Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin hüquqi təminatı, bu sahədə olan qanunvericilik aktları, kibercinayətkarlıq və onun təzahür formaları, kibercinayətkarlığa qarşı mübarizə tədbirləri haqqında məlumat verib.
Daha sonra Dövlət Statistika Komitəsində informasiya mübadiləsi, informasiyanın təhlükəsizliyinin təmin olunması, məlumatların arxivləşdirilməsi və surətlərinin çıxarılması haqqında Baş Hesablama Mərkəzinin Məlumat Bazaları Texnologiyalarının tətbiqi şöbəsinin rəis müavini S.Hacıyeva məlumat verib.
Dövlət Statistika Komitəsində informasiya mübadiləsi, informasiyanın təhlükəsizliyinin təmin olunması zamanı yaranan problemlər haqqında isə Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdir müavini Ç.Əliyeva çıxış edib. Tədbirin sonunda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 828
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir