Tarix:18/10/13
Belçikanın telekommunikasiya operatoru "Belgacom"un beynəlxalq altbölməsi olan "BICS"-ə edilən daha bir haker hücumu faktını araşdırır.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, şirkətin daxili şəbəkələrində haker aktivliyi müşahidə olunub.
Operator eyni zamanda bildirib ki, hücumla bağlı məlumatlar Belçikanın hüquq-mühafizə orqanlarına ötürülüb.
Xatırladaq ki, Edvard Snouden "Der Spiegel" alman nəşrinə müsahibəsində bildirib ki, Britaniya kəşfiyyatı GCHQ "Belgacom" şəbəkələrinə hücumlardan birinin arxasında durub. Bu qurum eyni zamanda "Belgacom"un serverlərində casus proqram təminatı yerləşdirib.
Jurnal bildirib ki, britaniyalı kəşfiyyatçılar məqsədyönlü şəkildə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin nümayəndələri tərəfindən hazırlanmış və "Quantum Insert" adı ilə tanınan hücum çərçivəsində, "Belgacom"un bir neçə əməkdaşının kompüterlərini virusa yoluxdurub. Hücumun son məqsədi, internetdə və mobil şəbəkələrdə ələ keçirilən trafiki təhlil etmək üçün, belçikalı operatorun əsas şəbəkə marşrutizatorlarına çıxış əldə etmək olub.
"Der Spiegel"in əldə etdiyi sənədlərə əsasən, britaniyalı kəşfiyyatçılar, Yəmən, Suriya və digər ölkələrin operatorlarına simli telefoniya xidmətlərinin topdansatışı ilə məşğul olan, "Belgacom", "Swisscom" və Cənubi Afrikanın MTN şirkətlərinin birgə müəssisəsi – "BICS" şirkəti ilə maraqlanıblar.
"BICS"-nin trafikin ötürülməsi üçün nəzərdə tutulmuş bir sıra transkontinental internet kabellərə çıxışı olub.
Britaniyalı kəşfiyyatçıların məqsədi "Belgacom"un və "BİCS"-in VPN-infrastrukturunun detallı öyrənilməsi və həmçinin "man-in-the-middle" tipli hücumların həyata keçirilməsi idi.
Aynur Vəliyeva
Belçikanın “Belgacom” operatoruna ikinci dəfə casus hücumu edilib

Baxış sayı: 708
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir