Tarix:01/11/13
“Kasperski Laboratoriyası” şirkətinin mütəxəssisləri tərəfindən bu ilin yayında aşkar edilmiş və “Android” smartfon sahiblərinin bank hesablarından pullarını oğurlaya bilən “Svpeng” mobil troyanı getdikcə daha da mürəkkəbləşib və artıq istifadəçilərin onlayn-bankinq qeydiyyat məlumatlarını fişinq vasitəsilə əldə edə bilir.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, troyanın yeni funksionalının əsas xüsusiyyəti onun leqal bank əlavəsinin açıq pəncərəsini fişinqlə əvəz etməsidir. Belə ki, istifadəçinin saxta pəncərədə daxil etdiyi internet-bankinq hesabı haqda bütün məlumatlar birbaşa ziyanvericilərə ötürülür.
Eyni yolla “Svpeng” troyanı qurbanın bank kartları haqda məlumatları oğurlamağa çalışır: “Google Play” proqramı işə salındıqda istifadəçi smartfonun ekranında, şəxsi ödəniş kartının məxfi kodunu və nömrəsini daxil etmək təklif edilən pəncərə görür. Bu fişinq üsulu saxtakarlara diqqətsiz və sadəlövh maliyyə məlumatlarına çıxış əldə etməyə imkan verir.
“Svpeng” troyanının mövcud olduğu bu üç ay ərzində “Kasperski Laboratoriyası” bi ziyanverici proqramın 50 modifikasiyasını aşkar edib, “Android” üçün “Kaspersky Internet Security” proqramı isə eyni vaxt ərzində 900-dən çox troyan qurğusunu bağlayıb.
Smartfona düşdükdə bu ziyanverici özünün müdafiəsi üçün aşkar ediməsini və ləğv edilməsini çətinləşdirən istənilən tədbirlər görür. “Svpeng” “Android”də öncə məlum olmayan boşluğu istifadə edir, bunun sayəsində telefonun zavod sazlanmasını dəyişdirə bilər ki, onu pozmasınlar. Bu vəziyyətdə yeganə “çarə” “Android” üçün “Kaspersky Internet Security” proqramıdır, hansı ki, bu ziyanverici proqramı smartfondan ləğv edə bilər.
“Svpeng” mobil troyanı SMS-spam vasitəsilə məşhur servislərin adı, tanış adları altında yayılır. SMS istinadı istiqamətində keçid ziyanverici proqramlara yoluxmanın ən yayılmış üsuludur, buna görə də bunu etmək olmaz”, – deyə “Kasperski Laboratoriyası”nın antiviruslar üzrə eksperti Roman Unuçek tövsiyə edib.
Aynur Vəliyeva
“Android” smartfon sahiblərinin bank hesablarından pullarını oğurlaya bilən mobil troyan daha təhlükəli olub

Baxış sayı: 699
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir