12px13px15px17px
Tarix:15/11/13

Ən çox veb-təhdidlərə məruz qalan ölkələr hansıdır?

"Kasperski Laboratoriyası"nın mütəxəssisləri bu ilin üçüncü rübündə virus yazıçılarının   mobil platformalara yönləndirilmiş yeni, qeyri-standart üsullarını qeydə alıblar: bank hesabına çıxış əldə edən yeni "innovativ" "Svpeng" ziyanvericisi aşkar edilib, bundan başqa ilk dəfə "Android" troyanı "Obad"ın yayılması üçün kənar botnetlərin gücündən istifadə edilib.
 
Eyni zamanda üçüncü rübdə  planlaşdırılmış kibercasusluq kampaniyalarının çoxluğu ilə yadda qalıb. Ümumilikdə bu müddət ərzində "Kasperski Laboratoriyası" məhsulları ilə 978 628 817 ziyanverici obyekt zərərləşdirilib.

"Kasperski Laboratoriyası"nın məlumatlarına əsasən, mobil platformalara edilən bütün hücumların 99,9%-i bu ilin üçüncü rübündə "Android" əməliyyat sisteminə yönəldilib.
 
Yeni təhdidlərin arasında, digər oxşar ziyanverici proqramlardan fərqli olaraq, cinayətkarlara təkcə smartfonu virusa yoluxdurmaqla bank hesabından pul oğurlamağa imkan verən "Svpeng" troyanını qeyd etmək olar. "Mobil banking" servisindən balans sorğuladıqda və cavab olaraq mobil telefonun balansını yükləmək təklifi ilə SMS-məlumatı aldıqda, ziyanverici istifadəçinin bank hesabından pulları, "smartfon-kompüter" bağlanmasının yanından ötərək ziyanvericilərin mobil hesabına köçürür.

Mobil platformalar üçün nəzərdə tutulmuş virusların yaradıcıları üsulları daha təkmilləşdirilmiş olduğu halda, veb-hücumlar sahəsində ixtisaslaşan ziyanvericilər say etibarı ilə qalib gəlirlər. Ümumilikdə bu ilin üçüncü rübündə "Kasperski laboratoriyası" 500 284 715 hücum qeydə alıb, bu arada ziyanverici proqramların yayılması üçün istifadə edilən veb-resursların 45,2%-i ABŞ və Rusiyada yerləşib. Bu veb-təhdidlərin qurbanı əsasən MDB ölkələrinin əhalisi olur: bu ölkələrin 9-u artıq bu nöqteyi-nəzərdən ən "təhlükəli" regionlar onluğuna düşüblər.


Aynur Vəliyeva
 



Baxış sayı: 734

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024