Tarix:20/11/13
Milli İnternet Mükafatı – “Milli Net” Müsabiqəsində saytların və internet layihələrin qeydiyyatının başa çatmasına 3 gün qalıb. Müsabiqənin Təşkilat Komitəsindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, qeydiyyat müddəti noyabr ayının 23-də başa çatır.
Hazırkı statistikaya əsasən, “Milli Net13”-ə indiyədək 329 sayt təqdim olunub, 242 sayt qəbul edilib, 84 sayt qəbul edilməyib. Ən çox sayt verilən nominasiyalara Media və İnformasiya (31), Ən yaxşı sosial şəbəkə səhifəsi (30), Bloqlar (29), Xidmət-Servis (26) və s. daxildir.
İkimərhələli qiymətləndirmə keçiriləcək. Qiymətləndirmə prosesi dekabr ayının 15-dək davam edəcək.
Saytların qiymətləndirilməsi 3 istiqamət üzrə (kontent, dizayn, texniki-texnoloji) 15 nəfərlik Münsiflər Komissiyası tərəfindən aparılacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi nəzərdə tutulub.
CAHANGİR
“Milli Net”də saytların və internet layihələrin qeydiyyatı başa çatır

Baxış sayı: 641
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib