12px13px15px17px
Tarix:27/11/13

BMT-nin Tərksilah İşləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təhlükəsizlik mədəniyyəti ilə bağlı tədbir keçirilir

Noyabr ayının 26 və 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Birləşmiş Millətlər Təşkilatının Tərksilah İşləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) təşkilatçılığı ilə “GUAM ölkələrində təhlükəsizlik mədəniyyəti” mövzusunda “dəyirmi masa” keçirilib. AMEA Rəyasət  Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə hökumət nümayəndələri, diplomatlar, alimlər, o cümlədən UETM mütəxəssisləri, GUAM ölkələrinin beynəlxalq və regional təşkilatlarının nümayəndələri iştirak ediblər. 
 
Qeyd olunub ki, tədbirin əsas məqsədi kimyəvi, bakterioloji, radioaktiv və nüvə silah risklərinin qarşısının alınması üzrə dövlət təhlükəsizlik sahəsində təcrübə mübadiləsidir.
 
“Dəyirmi masa” 2012-ci ilin aprel ayında Kiyevdə “Kütləvi qırğın və ikili təyinatlı silah istifadəsinin qarşısının alınması” mövzusunda  keçirilmiş “dəyirmi masa”nın davamıdır. Tədbir tərksilah məsələləri üzrə beynəlxalq əməkdaşlıq sahəsində  müsbət rol oynayacaq.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024