Tarix:05/12/13
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Vaşinqton daha öncə “Huawei” şirkətini onun aparat təminatında sənədsiz funksionalın mövcudluğuna görə ittiham edərək federal qurumlara “Huawei” şirkətinin həllərindən istifadədən imtinanı tövsiyə etmişdi. Dünən isə “Huawei” şirkətinin direktoru Fransanın “Les Echos” nəşrinə müsahibəsində deyib ki, şirkət əsassız ittihamlardan təngə gələrək Amerika bazarını tamamilə tərk etmək qərarı verib.
Böyük Britaniya hakimiyyəti qərara gəlib ki, onlar “Huawei” şirkətinin həm aparat, həm də proqram məhsullarını istifadə edə bilərlər, lakin bu şirkətin məhsulları hələ ki ölkənin yalnız daxili şəbəkələrində quraşdırılacaq və ölkə bütün xarici tərəfdaşlarla başqa tədarükçülərin avadanlığı vasitəsilə məlumat mübadiləsi həyata keçirəcək.
Emil Hüseynov
Çinin “Huawei” şirkəti Böyük Britaniyada kibertəhlükəsizlik mərkəzi tikəcək
Böyük Britaniyanın çox vaxt ABŞ siyasətinin nüfuz dairəsində olmasına baxmayaraq, son zamanlar London siyasi və texnoloji müstəqillik əlamətləri göstərir. Bu, Milli Təhlükəsizlik Agentliyi tərəfindən dinləmələrlə bağlı qalmaqallar seriyası və ölkə sakinləri haqqında məlumatların ABŞ-a ötürülməsindən sonra daha açıq hiss olunur. Dünən məlum olub ki, Böyük Britaniya hakimiyyəti ilə Çinin “Huawei” şirkəti arasında əldə olunmuş razılığa əsasən, sonuncu bu ölkədə öz kibertəhlükəsizlik mərkəzini tikəcək və yerli mütəxəssisləri öyrədəcək.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Vaşinqton daha öncə “Huawei” şirkətini onun aparat təminatında sənədsiz funksionalın mövcudluğuna görə ittiham edərək federal qurumlara “Huawei” şirkətinin həllərindən istifadədən imtinanı tövsiyə etmişdi. Dünən isə “Huawei” şirkətinin direktoru Fransanın “Les Echos” nəşrinə müsahibəsində deyib ki, şirkət əsassız ittihamlardan təngə gələrək Amerika bazarını tamamilə tərk etmək qərarı verib.
Böyük Britaniya hakimiyyəti qərara gəlib ki, onlar “Huawei” şirkətinin həm aparat, həm də proqram məhsullarını istifadə edə bilərlər, lakin bu şirkətin məhsulları hələ ki ölkənin yalnız daxili şəbəkələrində quraşdırılacaq və ölkə bütün xarici tərəfdaşlarla başqa tədarükçülərin avadanlığı vasitəsilə məlumat mübadiləsi həyata keçirəcək.
Emil Hüseynov
Baxış sayı: 680
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir