Tarix:05/12/13
Xəbər verdiyimiz kimi "Elektron hökumət" portalında e-xidmətlərdən istifadənin artırılması məqsədilə və vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013" sərgisində "Elektron Hökumət Portalı" pavilyonu quraşdırılıb. Çox sevindirici haldır ki, sərginin üçüncü günü də insan axınının ən böyük cəmləşdiyi məntəqələrdən biri yenə də "Elektron hökumət portalı" pavilyonu oldu.
Artıq bir neçə gün əvvəldən bəzi xəbər portallarında sərgi iştirakçılarının ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucu ala biləcəyi anonsu verilmişdi. Bunun üçün pavilyona müraciət edən vətəndaşlar ilk növbədə şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə etməlidirlər.
Sərginin ilk günü 130, ikinci gün 300-dən çox, üçüncü gün bu rəqəm daha da artmış, yəni 330-dan çox iştirakçıya ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu təqdim edilib. Qeyd edək ki, "Bakutel-2013" sərgisi çərçivəsinin 3 günü ərzində 800-ə yaxın vətəndaş "Elektron hökumət" portalından ödənişsiz olaraq, elektron imza vəsiqəsi və kart oxuyucu əldə edib.
Xatırladaq ki, ödənişsiz elektron imza vəsiqəsi və kart oxuyucu almaq istəyənlər üçün bu gün sərginin son günüdür. Son fürsətdən yararlanmaq istəyənlər Bakı Ekspo Mərkəzində təşkil olunan "Bakutel-2013" sərgisində quraşdırmış "Elektron Hökumət Portalı" pavilyonuna yaxınlaşaraq müraciət edə bilərlər.
Ödənişsiz e-imza almaq istəyənlər üçün son şans
Bakı Ekspo Mərkəzində 2-5 dekabr tarixlərini əhatə edən telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri olan "Bakutel- 2013" sərgisi davam edir.Xəbər verdiyimiz kimi "Elektron hökumət" portalında e-xidmətlərdən istifadənin artırılması məqsədilə və vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013" sərgisində "Elektron Hökumət Portalı" pavilyonu quraşdırılıb. Çox sevindirici haldır ki, sərginin üçüncü günü də insan axınının ən böyük cəmləşdiyi məntəqələrdən biri yenə də "Elektron hökumət portalı" pavilyonu oldu.
Artıq bir neçə gün əvvəldən bəzi xəbər portallarında sərgi iştirakçılarının ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucu ala biləcəyi anonsu verilmişdi. Bunun üçün pavilyona müraciət edən vətəndaşlar ilk növbədə şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə etməlidirlər.
Sərginin ilk günü 130, ikinci gün 300-dən çox, üçüncü gün bu rəqəm daha da artmış, yəni 330-dan çox iştirakçıya ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu təqdim edilib. Qeyd edək ki, "Bakutel-2013" sərgisi çərçivəsinin 3 günü ərzində 800-ə yaxın vətəndaş "Elektron hökumət" portalından ödənişsiz olaraq, elektron imza vəsiqəsi və kart oxuyucu əldə edib.
Xatırladaq ki, ödənişsiz elektron imza vəsiqəsi və kart oxuyucu almaq istəyənlər üçün bu gün sərginin son günüdür. Son fürsətdən yararlanmaq istəyənlər Bakı Ekspo Mərkəzində təşkil olunan "Bakutel-2013" sərgisində quraşdırmış "Elektron Hökumət Portalı" pavilyonuna yaxınlaşaraq müraciət edə bilərlər.
Baxış sayı: 728
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır