12px13px15px17px
Tarix:12/12/13

Ödəmə məlumatlarının təhlükəsizlik səviyyəsi çox aşağıdır

"InfoWatch" analitik mərkəzi bank hesabları və plastik kartlar haqqında informasiya itkisinə dair ilk qlobal araşdırmasına əsasən, ödəmə məlumatlarının qlobal təhlükəsizlik səviyyəsi bütovlükdə çox aşağıdır. Məlum olub ki, bank kartları ilə əməliyyat aparan kommersiya şirkətlərində itkilərin 33%-dən çoxu məhz ödəmə məlumatları ilə bağlıdır.

"ICTnews" elektron xəbər xidməti "osp.ru" saytına istinadən bildirir ki, prosessinq şirkətlərində itkilərin 31%-i, pərakəndə satış nöqtələrində isə 49%-i ödəmə məlumatları ilə bağlıdır. Analitiklər hesab edirlər ki, riteylerlər əksər hallarda məlumat itkilərinin nəticələrini nüfuz və maliyyə itkiləri şəklində ciddi qəbul etmirlər və nəticə kimi müştəri məlumatlarının təhlükəsizlik səviyyəsinin möhkəmləndirilməsi üzrə heç bir iş görmürlər. Nəticədə kibercinayətkarlar şəxsi və ödəmə məlumatları daxil olmaqla, müştərilər haqqında ümumi informasiyaya asanlıqla giriş əldə edirlər. "InfoWatch" analitiklərinin proqnozuna əsasən, əgər riteylerlərin informasiyanın mühafizəsi məsələlərinə münasibəti dəyişməsə, gələcəkdə ciddi problemlərə gətirib çıxara bilər.

Emil Hüseynov



Baxış sayı: 1228

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024