12px13px15px17px
Tarix:13/12/13

Estoniya Müdafiə Nazirliyində kibermühafizə şöbəsi yaradılacaq

Estoniya hökuməti Müdafiə Nazirliyi strukturunda yeni struktur vahidinin - kibermühafizə siyasəti şöbəsinin yaradılması ilə bağlı qərar çıxarıb. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.

Yeni şöbədə hazırda digər şöbələrin tərkibində kibertəhlükəsizlik məsələləri ilə məşğul olan əməkdaşlar çalışacaq. Şöbənin vəzifəsi nazirliyin idarəetmə sahəsinin kibertəhlükəsizliyinin gücləndirilməsi, eləcə də beynəlxalq hərbi əməliyyatların koordinasiyası olacaq.  
Son illər Estoniya hökuməti nümayəndələri bildirirlər ki, paytaxt Tallin kibertəhlükəsizlik sahəsində dünyanın aparıcı mərkəzlərindən birinə çevrilib. Estoniya nümayəndələri həmişə bu mövzu ilə bağlı müxtəlif konfranslarda iştirak edirlər. Bundan başqa, Estoniya hərbçiləri NATO-nun kibertəhlükəsizlik üzrə təlimlərinə cəlb olunur.  


Belə ki, cari ilin noyabrında məqsədi NATO ölkələrinin və alyansın tərəfdaş dövlətlərinin kiberhücumlara qarşı bacarığının yoxlanılması olan üçgünlük “Cyber Coalition” təlimləri keçirilib.
NATO Şimali Atlantika Şurası 2008-ci ildə NATO-nun Tallində Kibermühafizə Mərkəzinin akkreditasiyasını təsdiq edərək ona beynəlxalq hərbi təşkilat statusu verib. Hazırda mərkəzin işində on ölkə (ABŞ, Estoniya, Almaniya, Slovakiya, İtaliya, Litva, Latviya, İspaniya, Macarıstan və Polşa) iştirak edir, - "Digit www.digit.ru” yazır.   




Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024