12px13px15px17px
Tarix:19/12/13

BMT Baş Assambleyası internetdə izlənməyə qarşı qətnaməni yekdilliklə qəbul edib

“Associated Press” agentliyi yazır ki, BMT Baş Assambleyası internet istifadəçilərini qorumaq üçün nəzərdə tutulmuş qətnaməni yekdilliklə təsdiqləyib.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qətnaməyə əsasən, insanın bütün əsas hüquq və azadlıqları internet məkanında da qorunmalıdır. Belə ki, məsələn, internetdə şəxsi həyatın tam toxunulmazlığını təmin etmək lazımdır. Qətnamə müəllifləri qeyd ediblər ki, qanunsuz dinləmə və vətəndaşların elektron yazışmalarının izlənilməsi yolverilməzdir və bu dayandırılmalıdır.

Bundan başqa, qətnamənin mətni BMT-nin üzvü olan dövlətləri kəşfiyyat qurumları və xüsusi xidmət orqanlarında lazımi islahatlar aparmağa səsləyir. Məsələn, müstəqil nəzarət orqanları yaratmaq təklif edilir.
Qətnamə Braziliya və Almaniya tərəfindən birgə hazırlanıb. ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi sənədlərinin nəşri ilə yaranmış qalmaqal dövlətləri interneti tənzimləmək haqqında düşünməyə vadar edib.
ABŞ, Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və Kanada qətnaməyə qarşı çıxış ediblər.

Emil Hüseynov



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024