Tarix:19/12/13
"The Washington Post" nəşrinin serverləri bir qrup naməlum haker tərəfindən "sındırılıb" və onlar nəşrin işçilərinin login və parollarını əldə ediblər.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, hazırda, məlumat itkisinin bağlı mənbələrdən sızması məlum deyil, lakin nəşrin bütün işçiləri qəzetin inzibati hissəsinə çıxış parollarını və loginlərini dəyişiblər. Qəzetdən bildiriblər ki, hətta hakerlər istifadəçilərin və redaktorların login və parollarını oğurlayıblarsa da, onlar qorunan vəziyyətdə saxlanıblar və bu anda təhlükə yaratmırlar. Bundan başqa, nəşr bildirib ki, onun hazırda oğurlanmış məlumatlardan sui-istifadəsi ilə bağlı heç bir məlumat yoxdur.
Qəzetdə bildiriblər ki, serverlərin "sındırılması" haqda xəbəri "Mandiant" şirkəti tərəfindən keçirilən auditdən sonra xəbər tutublar. Texniki məlumatlara əsasən, hakerlər qəzetin serverləri ilə yanaşı, nəşriyyatın daxili şəbəkəsinə də çıxış əldə ediblər.
Qeyd edək ki, bu, son üç ildə üçüncü hücumdur. Nəşr son hücumun arxasında, artıq 2011-ci ildə qəzetə hücum edən, Çindən olan hakerlərin olduğundan şübhələnir. Bu il Çin hücumlarına "The Wall Street Journal" və "The New York Times" qəzetləri də işarə ediblər.
Aynur Vəliyeva
“The Washington Post”un serverləri hakerlər tərəfindən “sındırılıb”

Baxış sayı: 700
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir