Tarix:26/12/13
“ICTnews” xəbər xidmətindən “www.cybersecurity.ru” saytına istinadən verilən məlumata əsasən, son üç ildə burada 55 yeni data mərkəzi yaradılıb – İsveçrə miqyasında bu, böyük rəqəmdir. Meqapolisin mərkəzində və ya yanacaqdoldurma, kimyəvi istehsalat kimi təhlükəli obyekt yaxınlığında yaradıla biləcək digər ölkələrdən fərqli olaraq, burada data mərkəzlərə İsveçrə sayağı ciddiyyətlə yanaşırlar.
“Deltalis” data mərkəzi nə vaxt isə ordu bölümü yerləşən məkanda yaradılıb, lakin indi bu yer tam dəyişdirilib. Qaldırılmaz 4 tonluq bronlaşdırılmış qapı arxasında, nəhəng sayda skanerlərlə, qurğularla və silahlı mühafizə ilə təchiz edilmiş əməlli-başlı istehkam yaradılıb.
Data mərkəzinin operatoru deyir ki, bu cür sistem serverin sahibinə 100%-lik toxunulmazlığa zəmanət verir və ona təkcə virtual təhlükəsizliyin qeydinə qalmaq qalır.
Data mərkəz Mərkəzi İsveçrənin Attinqxozeyn kəndində yerləşir, lakin onun dəqiq yeri bildirilmir.
Operator şirkətindən bildiriblər ki, İsveçrə yüksək təhlükəsizliyə malik olan bankları ilə tanınır və indi artıq ən etibarlı data mərkəzlər ölkəsi kimi tanınmaq niyyətindədir. “Deltalis” şirkətinin baş direktoru Endi Reynxardt bildirib ki, son zamanlar ABŞ Milli Təhlükəsizlik Agentliyi ətrafında qalmaqallar silsiləsi bankların və digər sahələrin müştərilərini ABŞ ərazisindən öz avadanlıqlarını çıxarmağa vadar edib. Bu mənada dağ massivində gizlədilmiş data mərkəzi olduqca yararlı olub.
Şirkətin əsas data mərkəzi nə vaxt isə İsveçrə hərbçilərinin məxfi qərargahı olan dağ massivində gizlədilmiş 15 min kvadratmetrlik bunkerdə yerləşdirilib. Mərkəzin işçisi bunkerə daxil olmaq üçün buraxılışdan başqa göz qişasının skanlaşdırılmasından və digər proseduralardan keçməlidir. Data mərkəz dəmir qutu şəklindədir və nüvə partlayışına dözümlüdür. Server otağı 600 metrdən çox ərazini tutur, lakin ona doğru bir sıra əlavə otaqlar, həmçinin dağ massivlərində dəhlizlər şəbəkəsi mövcuddur. Data mərkəz 200 metr dərinlikdə dağın içində və dağın zirvəsindən 100 metr aşağıda yerləşir.
Aynur Vəliyeva
Bu ölkədə data mərkəzləri etibarlı şəkildə qorunur
İsveçrə bütün dünyada keyfiyyətli pendir, saat və bank ölkəsi kimi tanınır, lakin 21-ci əsrdə bu təriflərə daha biri əlavə ediləcək – keyfiyyətli data mərkəzləri ölkəsi.“ICTnews” xəbər xidmətindən “www.cybersecurity.ru” saytına istinadən verilən məlumata əsasən, son üç ildə burada 55 yeni data mərkəzi yaradılıb – İsveçrə miqyasında bu, böyük rəqəmdir. Meqapolisin mərkəzində və ya yanacaqdoldurma, kimyəvi istehsalat kimi təhlükəli obyekt yaxınlığında yaradıla biləcək digər ölkələrdən fərqli olaraq, burada data mərkəzlərə İsveçrə sayağı ciddiyyətlə yanaşırlar.
“Deltalis” data mərkəzi nə vaxt isə ordu bölümü yerləşən məkanda yaradılıb, lakin indi bu yer tam dəyişdirilib. Qaldırılmaz 4 tonluq bronlaşdırılmış qapı arxasında, nəhəng sayda skanerlərlə, qurğularla və silahlı mühafizə ilə təchiz edilmiş əməlli-başlı istehkam yaradılıb.
Data mərkəzinin operatoru deyir ki, bu cür sistem serverin sahibinə 100%-lik toxunulmazlığa zəmanət verir və ona təkcə virtual təhlükəsizliyin qeydinə qalmaq qalır.
Data mərkəz Mərkəzi İsveçrənin Attinqxozeyn kəndində yerləşir, lakin onun dəqiq yeri bildirilmir.
Operator şirkətindən bildiriblər ki, İsveçrə yüksək təhlükəsizliyə malik olan bankları ilə tanınır və indi artıq ən etibarlı data mərkəzlər ölkəsi kimi tanınmaq niyyətindədir. “Deltalis” şirkətinin baş direktoru Endi Reynxardt bildirib ki, son zamanlar ABŞ Milli Təhlükəsizlik Agentliyi ətrafında qalmaqallar silsiləsi bankların və digər sahələrin müştərilərini ABŞ ərazisindən öz avadanlıqlarını çıxarmağa vadar edib. Bu mənada dağ massivində gizlədilmiş data mərkəzi olduqca yararlı olub.
Şirkətin əsas data mərkəzi nə vaxt isə İsveçrə hərbçilərinin məxfi qərargahı olan dağ massivində gizlədilmiş 15 min kvadratmetrlik bunkerdə yerləşdirilib. Mərkəzin işçisi bunkerə daxil olmaq üçün buraxılışdan başqa göz qişasının skanlaşdırılmasından və digər proseduralardan keçməlidir. Data mərkəz dəmir qutu şəklindədir və nüvə partlayışına dözümlüdür. Server otağı 600 metrdən çox ərazini tutur, lakin ona doğru bir sıra əlavə otaqlar, həmçinin dağ massivlərində dəhlizlər şəbəkəsi mövcuddur. Data mərkəz 200 metr dərinlikdə dağın içində və dağın zirvəsindən 100 metr aşağıda yerləşir.
Aynur Vəliyeva
Baxış sayı: 804
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir