12px13px15px17px
Tarix:26/12/13

“Iron Maiden” piratçılıqla mübarizə yolu tapıb

Britaniyanın hevimetal-kollektivi “Iron Maiden” özünəməxsus piratçılıqla mübarizə yolu tapıb.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, musiqi yazılarının qanunsuz yükləmələrinə görə insanları təqib etmək əvəzinə, qrup ən çox pirartçılıq edən ölkələr üzrə turne keçirir və bu ölkələrdən olan fanatları üçün xüsusi kolleksiya nəşri yaradır.  

Digər dünya səviyyəli qruplar bu istiqamətdə tədbirlər görmürlər və hüquqlarını məhkəmə iddiaları və qorxutma kimi köhnəlmiş üsullardan istifadə etməklə tələb edirlər.
 
“Iron Maiden” Cənubi Afrika, Braziliya, Macarıstanda, Asiya ölkələrində və Şərqi Avropada piratçılığa qarşı kampaniya keçirdikdən sonra leqal yazıların satışlarının həcmi 2,5 dəfə artıb. “Iron Maiden” xüsusilə Braziliya bazarı üçün yenilənmiş şəkildə disklər buraxıb və onları yalnız yerli bazara təqdim edib. Bir neçə gün ərzində San-Paulu şəhərinin dükanlarında bu disklərin satışları bu günədək görünməyən 2,58 milyon dollar həddini ötüblər.

Qrupun nümayəndələri bildiriblər ki, pirat ölkələrə təqdim edilən disklər xüsusi qiymətlə satılırlar və “Iron Maiden”in dünya albomlarından seçilirlər. “iTunes”, “Spotify” və ya “Deezer” istifadəçiləri üçün “pirat yazılar” təqdim edilmir, çünki əksər hallarda pirat ölkələrin bu kataloqlara çıxışları yoxdur.

Müstəqil araşdırma şirkəti “MusicMetrics” bildirib ki, “Iron Maiden LLP” holdinq şirkəti piratçılıqla qeyri-ənənəvi mübarizə üsulu icad etməklə disklərinin satış həcmlərini üç dəfə artırıb.
 
“Iron Maiden” “pirat” fanatlara işi sosial şəbəkələrdən başlamağı təklif edib, burada milyonlarla insanla ölçülən follover bazası toplamaq olar. “Iron Maiden”in artıq “Tvitter”də  5 milyondan çox fanatı var, bu arada qrup mikrobloqinq şəbəkəsindən bir il yarımdır ki, aktiv istifadə etməyə başlayıb.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024