Tarix:28/12/13
Həbs olunanlardan üçü şirkətdə əsas vəzifələri tutan top-menecerlərdir. Bunlar məhsulların dizaynı üzrə vitse-prezident Tomas Çien Çi-lin, tədqiqat və işləmələr üzrə direktor Vu Çien-Hunq, dizayner şöbəsinin rəhbəri Castin Huanqdır. Qeyd edək ki, "HTC One" kimi təqdim olunan smartfonun eskizinin müəllifi məhz C.Huanqdır.
Yuxarıda adı qeyd olunan şəxslər Çində "Jade" dizayner şirkətini qeydiyyatdan keçirərək ilk yarım il üçün haqlarını gözləməklə "HTC"-ni tərk etmək və öz biznesləri ilə məşğul olmaq niyyətində olublar.
Tayvan KİV-nin məlumatına görə, cümə günü prokuror Çien Çi-linə və onunla əlbir olan şəxslərə qarşı məxfi məlumatların Çinin adı açıqlanmayan istehsalçılarına satmasına görə rəsmən ittiham irəli sürüb. Bundan başqa, o xərclərə dair sənədləri saxtalaşdırmaqla 33,56 milyon yeni Tayvan dollarının (1,16 milyon ABŞ dolları) oğurlanmasında ittiham edilir.
Çien Çi-lin və onunla əlbir olan şəxslərin "HTC" şirkətinə ciddi ziyan vurması, onun törətdiyi əməldən peşman olmaması ilə əlaqədar olaraq prokuror ittiham olunan şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib, - "3DNews www.3dnews.ru" yazır.
“HTC” top-menecerləri məxfi məlumatları satmaqda ittiham olunur
Cari ilin avqustunda "HTC" şirkətinin bir neçə əməkdaşı "HTC Sence 6.0" smartfon modelində istifadə edilməsi nəzərdə tutulan texnologiyaların Çin tərəfinə satılmasında şübhəli bilinərək həbs olunub.Həbs olunanlardan üçü şirkətdə əsas vəzifələri tutan top-menecerlərdir. Bunlar məhsulların dizaynı üzrə vitse-prezident Tomas Çien Çi-lin, tədqiqat və işləmələr üzrə direktor Vu Çien-Hunq, dizayner şöbəsinin rəhbəri Castin Huanqdır. Qeyd edək ki, "HTC One" kimi təqdim olunan smartfonun eskizinin müəllifi məhz C.Huanqdır.
Yuxarıda adı qeyd olunan şəxslər Çində "Jade" dizayner şirkətini qeydiyyatdan keçirərək ilk yarım il üçün haqlarını gözləməklə "HTC"-ni tərk etmək və öz biznesləri ilə məşğul olmaq niyyətində olublar.
Tayvan KİV-nin məlumatına görə, cümə günü prokuror Çien Çi-linə və onunla əlbir olan şəxslərə qarşı məxfi məlumatların Çinin adı açıqlanmayan istehsalçılarına satmasına görə rəsmən ittiham irəli sürüb. Bundan başqa, o xərclərə dair sənədləri saxtalaşdırmaqla 33,56 milyon yeni Tayvan dollarının (1,16 milyon ABŞ dolları) oğurlanmasında ittiham edilir.
Çien Çi-lin və onunla əlbir olan şəxslərin "HTC" şirkətinə ciddi ziyan vurması, onun törətdiyi əməldən peşman olmaması ilə əlaqədar olaraq prokuror ittiham olunan şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib, - "3DNews www.3dnews.ru" yazır.
Baxış sayı: 691
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir