Tarix:08/01/14
"Intel" şirkəti "McAfee" şirkətini aldıqdan iki il sonra onun adını "Intel Security"yə dəyişdirib.
"ICTnews" xəbər xidmətinin "www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, rebrendinq "Intel" şirkətinin "McAfee"nin yaradıcısı, qalmaqallı şöhrətə malik olan Jon Makkafidən uzaqlaşmaq istəyindən irəli gələ bilər.
"Intel" korporasiyasının baş direktoru Brayan Krjaniç şirkətin adının dəyişdirilməsi ilə bağlı qərarını Las- Veqasda keçirilən "CES" sərgisində elan edib. Brendin qırmızı sipər ilə emblemi modifikasiya edilməyəcək, şirkətin yalnız adı dəyişdiriləcək.
Xatırladaq ki, "Intel" şirkəti "McAfee" şirkətini 2011-ci ilin fevral ayında 7,7 milyard dollara alıb.
Rebrendinq bir il ərzində həyata keçirilə bilər, artıq şirkətin bütün yeni məhsulları "İntel Security" adı altında buraxılır. "McAfee"nin "Android" və "iOS" üçün yaradılmış bəzi mobil məhsulları artıq pulsuz təqdim ediləcək.
Qeyd edək ki, "McAfee"nin yaradıcısı ötən ilin sentyabr ayında "D-Central" adlanan xüsusi qurğu yaradacağını bildirib. Bu qurğu vasitəsilə istifadəçilər Milli Təhlükəsizlik Agentliyinin izləməsindən müdafiə olunmuş ola bilərlər. Qurğu müxtəlif qurğuları müdafiə edilmiş şəbəkələrdə birləşdirməyə və onları internetdən təcrid etməyə imkan vermək üçün yaradılır.
Aynur Vəliyeva
Əfsanəvi antivirus brendi şöhrəti üzündən ləğv edilir

Baxış sayı: 697
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir