Tarix:10/01/14
Analitiklər kompüter təhlükəsizliyi sahəsində 2000-dən çox mütəxəssis arasında sorğu keçiriblər. Rəyi soruşulanların 46%-i 2014-cü ildə korporativ şəbəkədə məlumatların mühafizəsinə büdcə artımını gözləyirlər. Ötən il bu xərclər müəssisələrin təhlükəsizliyinə ümumi xərclərin təxminən 21%-ni təşkil edib.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sorğu məlumatlarına əsasən, yaxın 1 ildə şirkətlərin 35%-i öz simsiz şəbəkələrinin təhlükəsizliyinin təkmilləşdirilməsi ilə məşğul olacaqlar. Respondentlərin 32%-i yeni nəsil fayervol almaq planları haqqında bölüşüblər, 29%-i isə zərərli proqram təminatının aşkar edilməsi üzrə ən müasir üsullara fokuslanmaq niyyətindədir. İştirakçıların 63%-i isə təhdidlərə monitorinq sistemlərini təkmilləşdirməyə hazırlaşırlar.
Bank sektorunun nümayəndələri şəbəkə təhlükəsizliyində maraqlıdırlar. Burada informasiya texnologiyalarına sərf olunan xərclər 2014-cü ildə 4,2% artacaq və 430 milyard dollar təşkil edəcək. “IDC” analitiklərinin proqnozuna əsasən, 2020-ci ilə bu investisiyaların həcmi 500 milyard dolları ötəcək.
Emil Hüseynov
Şirkətlərin təxminən 50%-i İT təhlükəsizlik xərclərini artırmağa hazırlaşır
“Forrester Research” analitikləri deyiblər ki, əksər dünya şirkətləri günbəgün güclənən haker hücumlarından qorunmaq üçün öz informasiya təhlükəsizliyinin təkmilləşdirilməsinə aktiv sərmayə yatırır.Analitiklər kompüter təhlükəsizliyi sahəsində 2000-dən çox mütəxəssis arasında sorğu keçiriblər. Rəyi soruşulanların 46%-i 2014-cü ildə korporativ şəbəkədə məlumatların mühafizəsinə büdcə artımını gözləyirlər. Ötən il bu xərclər müəssisələrin təhlükəsizliyinə ümumi xərclərin təxminən 21%-ni təşkil edib.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sorğu məlumatlarına əsasən, yaxın 1 ildə şirkətlərin 35%-i öz simsiz şəbəkələrinin təhlükəsizliyinin təkmilləşdirilməsi ilə məşğul olacaqlar. Respondentlərin 32%-i yeni nəsil fayervol almaq planları haqqında bölüşüblər, 29%-i isə zərərli proqram təminatının aşkar edilməsi üzrə ən müasir üsullara fokuslanmaq niyyətindədir. İştirakçıların 63%-i isə təhdidlərə monitorinq sistemlərini təkmilləşdirməyə hazırlaşırlar.
Bank sektorunun nümayəndələri şəbəkə təhlükəsizliyində maraqlıdırlar. Burada informasiya texnologiyalarına sərf olunan xərclər 2014-cü ildə 4,2% artacaq və 430 milyard dollar təşkil edəcək. “IDC” analitiklərinin proqnozuna əsasən, 2020-ci ilə bu investisiyaların həcmi 500 milyard dolları ötəcək.
Emil Hüseynov
Baxış sayı: 667
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir