Tarix:15/01/14
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına verdiyi məlumata əsasən, Vaşinqtondakı Apelyasiya Məhkəməsi ABŞ-ın Rabitə üzrə Federal Agentliyinin “şəbəkə neytrallığı” qaydaları etibarsız olduğu ilə bağlı qərar qəbul edib.
Bu qərar agentliyin “Verizon” operatoru ilə məhkəməsinin nəticəsi olub. “Verizon” qaydaların söz azadlığını pozduğunu və hökumətə onların əmlakının idarəetməsinə qarışmağa imkan verdiyinə israr edib.
“Şəbəkə neytrallığı” qaydalarının ləğv edilməsi provayderlərə müəyyən saytlara üstünlük verməyə şərait yaradır ki, nəticədə digər resurslar daha ağır yüklənir və ya ümumiyyətlə bloklanır. Hesab edilir ki, bu, internetdə kiçik biznesin yoxa çıxmasına gətirib çıxaracaq.
“Verizon” kimi “şəbəkə neytrallığı”nın əleyhdarları hesab edirlər ki, qaydalar rabitə üzrə agentliyə operatorlardan trafikin paylanması üzrə fəaliyyətləri ilə bağlı daxili məlumatları tələb etmək hüququ verir.
Aynur Vəliyeva
“Şəbəkə neytrallığı” qaydaları ABŞ-da etibarsız elan edilib
“Şəbəkə neytrallığı” qaydalarının ləğv edilməsi provayderlərə müəyyən saytlara üstünlük verməkdə imkan yarada bilər.“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına verdiyi məlumata əsasən, Vaşinqtondakı Apelyasiya Məhkəməsi ABŞ-ın Rabitə üzrə Federal Agentliyinin “şəbəkə neytrallığı” qaydaları etibarsız olduğu ilə bağlı qərar qəbul edib.
Bu qərar agentliyin “Verizon” operatoru ilə məhkəməsinin nəticəsi olub. “Verizon” qaydaların söz azadlığını pozduğunu və hökumətə onların əmlakının idarəetməsinə qarışmağa imkan verdiyinə israr edib.
“Şəbəkə neytrallığı” qaydalarının ləğv edilməsi provayderlərə müəyyən saytlara üstünlük verməyə şərait yaradır ki, nəticədə digər resurslar daha ağır yüklənir və ya ümumiyyətlə bloklanır. Hesab edilir ki, bu, internetdə kiçik biznesin yoxa çıxmasına gətirib çıxaracaq.
“Verizon” kimi “şəbəkə neytrallığı”nın əleyhdarları hesab edirlər ki, qaydalar rabitə üzrə agentliyə operatorlardan trafikin paylanması üzrə fəaliyyətləri ilə bağlı daxili məlumatları tələb etmək hüququ verir.
Aynur Vəliyeva
Baxış sayı: 756
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir