Tarix:28/01/14
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, ABŞ Ədliyyə Nazirliyi bildirib ki, “BTCKing” kimi tanınan 52 yaşlı Robert Fayella və “Bitinstant.com” resursunu idarə edən 24 yaşlı Çarli Şrem pulların yuyulmasında təqsirləndirilir.
Bu iki nəfər fəaliyyəti məhdudlaşdırılan və internet narko-meydançası kimi tanınan Silk Roadın istifadəçilərinə bitkoinlə 1 milyon dollardan çox məbləğin satışında iştirak etməkdə təqsirləndirilir. Xatırladaq ki, sözügedən sayt ötən il bağlanıb və onun sahibi həbs edilib.
Çarli Şrem “Bitinstant” meydançası internet üzərindən narkotik alıcılarını anonimləşdirməsində təqsirləndirilir. ABŞ hökuməti bəyan edib ki, Şrem hansı məqsədlər üçün virtual pullar alındığını əvvəlcədən bilib.
Ekspertlər bildiriblər ki, “Silk Road” meydançası yetərincə böyük olub və ilk növbədə onun yaradıcısı Ross Ulbrixt həbs edilib. Daha sonra isə, virtual pulların təchizatçılarının həbsləri baş verib. Ehtimal edilir ki, siyahı bununla bitməyəcək və gələcəkdə yeni həbslər gözlənilir.
“Silk Road” hadisəsi “Bitcoin”in imicinə mənfi təsir göstərir. Bu cür hadisələr bu virtual valyuta vasitəsi ilə həyata keçirilən anonim ödənişlərin çirkli tərəfini ortaya çıxarır”, - deyə “CoinDesk” layihəsinin idarəedici redaktoru Emili Speyven bildirib.
ABŞ Ədliyyə Nazirliyinin bəyanatında isə qeyd edilib ki, həbs edilənlərin hər ikisi kompüter arxasında işləsə də belə, onlar narkotik satan küçə cinayətkarlarından heç də fərqlənmirlər.
Qeyd edək ki, Çarli Şrem bu yaxınlaradək “Bitcoin” virtual pullarının inkişaf etdirilməsi ilə məşğul olan “Bitcoin Foundation” ticarət qrupunun vitse-prezidenti olub.
Eyni zamanda “BitInstant” bu yaxınlaradək dünyanın ən iri virtual mübadiləçisi olub.
Aynur Vəliyeva
ABŞ-da iki “Bitcoin” mübadilə məntəqəsi operatoru həbs edilib
ABŞ-da iki virtual “Bitcoin” valyuta mübadiləsi məntəqəsi operatoru həbs edilib.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, ABŞ Ədliyyə Nazirliyi bildirib ki, “BTCKing” kimi tanınan 52 yaşlı Robert Fayella və “Bitinstant.com” resursunu idarə edən 24 yaşlı Çarli Şrem pulların yuyulmasında təqsirləndirilir.
Bu iki nəfər fəaliyyəti məhdudlaşdırılan və internet narko-meydançası kimi tanınan Silk Roadın istifadəçilərinə bitkoinlə 1 milyon dollardan çox məbləğin satışında iştirak etməkdə təqsirləndirilir. Xatırladaq ki, sözügedən sayt ötən il bağlanıb və onun sahibi həbs edilib.
Çarli Şrem “Bitinstant” meydançası internet üzərindən narkotik alıcılarını anonimləşdirməsində təqsirləndirilir. ABŞ hökuməti bəyan edib ki, Şrem hansı məqsədlər üçün virtual pullar alındığını əvvəlcədən bilib.
Ekspertlər bildiriblər ki, “Silk Road” meydançası yetərincə böyük olub və ilk növbədə onun yaradıcısı Ross Ulbrixt həbs edilib. Daha sonra isə, virtual pulların təchizatçılarının həbsləri baş verib. Ehtimal edilir ki, siyahı bununla bitməyəcək və gələcəkdə yeni həbslər gözlənilir.
“Silk Road” hadisəsi “Bitcoin”in imicinə mənfi təsir göstərir. Bu cür hadisələr bu virtual valyuta vasitəsi ilə həyata keçirilən anonim ödənişlərin çirkli tərəfini ortaya çıxarır”, - deyə “CoinDesk” layihəsinin idarəedici redaktoru Emili Speyven bildirib.
ABŞ Ədliyyə Nazirliyinin bəyanatında isə qeyd edilib ki, həbs edilənlərin hər ikisi kompüter arxasında işləsə də belə, onlar narkotik satan küçə cinayətkarlarından heç də fərqlənmirlər.
Qeyd edək ki, Çarli Şrem bu yaxınlaradək “Bitcoin” virtual pullarının inkişaf etdirilməsi ilə məşğul olan “Bitcoin Foundation” ticarət qrupunun vitse-prezidenti olub.
Eyni zamanda “BitInstant” bu yaxınlaradək dünyanın ən iri virtual mübadiləçisi olub.
Aynur Vəliyeva
Baxış sayı: 770
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir