Tarix:28/01/14
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.com” saytına istinadən verdiyi məlumata əsasən, bu barədə “The New York Times” və “The Guardian” ABŞ xüsusi xidmətlərinin keçmiş əməkdaşı Edvard Snoudenə istinadən yazıblar.
Amerika və Britaniya kəşfiyyatının smartfon istifadəçilərinin şəxsi məlumatlarının toplanması və saxlanılması üzrə əməkdaşlığı 2007-ci ildən etibarən başlayıb. İlkin mərhələdə bu proqram bir çox proqramları əhatə edib, lakin getdikcə daha da genişlənib. Hazırda izləmə sistemi “Facebook”, “Flickr”, “LinkedIn”, “Twitter” kimi məşhur sosial şəbəkələri, həmçinin bir çox oyunları, misal üçün, “Angry Birds” oyununu əhatə edir.
“The New York Times” bildirib ki, bu əlavələr vasitəsilə istifadəçinin əlaqələr siyahısına və onun telefon zəngləri haqda məlumatlara çıxış əldə edirlər. Eni zamanda, istifadəçinin cinsi, yaşı, siyasi baxışları haqda məlumat əldə edirlər. Bundan başqa onlar “Google Maps” vasitəsilə istifadəçinin yerləşdiyi yer haqda məlumat və geonişanlı istifadəçi şəkillərini əldə edirlər. Hazırda bu proqramların əhatə dairəsi və onun hansı ölkələrin əhalisini izlədiyi məlum deyil.
Ağ Evin rəsmi nümayəndəsi Jey Karni jurnalistlərin “The New York Times”ın məqaləsini şərh etməklə bağlı müraciətinə cavab verərək bildirib ki, Amerikanın kəşfiyyat qurumları yalnız təhlükəsizliyi təhdid edən insanları izləyirlər. Milli Təhlükəsizlik Agentliyi isə öz növbəsində bildirib ki, sıravi amerikalılar smartfon və ya sosial şəbəkələr vasitəsilə şəxsi məlumat toplamı proqramının obyekti deyillər.
"Biz yalnız kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti üçün maraqlı ola biləcək və toplanmasına qanunla icazə verilmiş məlumatları toplayırıq", - qurumun bəyanatında bildirilib.
Aynur Vəliyeva
Milli Təhlükəsizlik Agentliyi vətəndaşları hansı proqramlar vasitəsilə izləyir?
ABŞ-ın elektron casusluqla məşğul olan Milli Təhlükəsizlik Agentliyi və onun Britaniya analoqu olan Hökumət Rabitəsi İdarəsi məşhur əlavələr vasitəsilə smartfon sahibləri haqda məlumat toplamağa imkan verən xüsusi üsullar işləyiblər.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.com” saytına istinadən verdiyi məlumata əsasən, bu barədə “The New York Times” və “The Guardian” ABŞ xüsusi xidmətlərinin keçmiş əməkdaşı Edvard Snoudenə istinadən yazıblar.
Amerika və Britaniya kəşfiyyatının smartfon istifadəçilərinin şəxsi məlumatlarının toplanması və saxlanılması üzrə əməkdaşlığı 2007-ci ildən etibarən başlayıb. İlkin mərhələdə bu proqram bir çox proqramları əhatə edib, lakin getdikcə daha da genişlənib. Hazırda izləmə sistemi “Facebook”, “Flickr”, “LinkedIn”, “Twitter” kimi məşhur sosial şəbəkələri, həmçinin bir çox oyunları, misal üçün, “Angry Birds” oyununu əhatə edir.
“The New York Times” bildirib ki, bu əlavələr vasitəsilə istifadəçinin əlaqələr siyahısına və onun telefon zəngləri haqda məlumatlara çıxış əldə edirlər. Eni zamanda, istifadəçinin cinsi, yaşı, siyasi baxışları haqda məlumat əldə edirlər. Bundan başqa onlar “Google Maps” vasitəsilə istifadəçinin yerləşdiyi yer haqda məlumat və geonişanlı istifadəçi şəkillərini əldə edirlər. Hazırda bu proqramların əhatə dairəsi və onun hansı ölkələrin əhalisini izlədiyi məlum deyil.
Ağ Evin rəsmi nümayəndəsi Jey Karni jurnalistlərin “The New York Times”ın məqaləsini şərh etməklə bağlı müraciətinə cavab verərək bildirib ki, Amerikanın kəşfiyyat qurumları yalnız təhlükəsizliyi təhdid edən insanları izləyirlər. Milli Təhlükəsizlik Agentliyi isə öz növbəsində bildirib ki, sıravi amerikalılar smartfon və ya sosial şəbəkələr vasitəsilə şəxsi məlumat toplamı proqramının obyekti deyillər.
"Biz yalnız kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti üçün maraqlı ola biləcək və toplanmasına qanunla icazə verilmiş məlumatları toplayırıq", - qurumun bəyanatında bildirilib.
Aynur Vəliyeva
Baxış sayı: 1472
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir