12px13px15px17px
Tarix:30/01/14

2013-cü ildə 11,6 milyondan çox mobil qurğu virusa yoluxub

Telekommunikasiya avadanlığı istehsalçısı “Alcatel-Lucent” şirkəti mobil qurğu istifadəçiləri üçün virus təhlükələrinin dərəcəsini qiymətləndirib. Ekspertlərin qiymətləndirməsinə görə, 2013-cü ildə 11.6 milyondan çox cihaz zərərli proqram tərəfindən virusa  yoluxub ki, bu da ötən illə müqayisədə 20% çoxdur.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mobil viruslar tərəfindən yoluxmanın 60%-i “Android” əməliyyat sistemləri ilə işləyən qurğuların payına düşüb.

Təxminən 40% hallarda telefonu “Windows” əməliyyat sistemi ilə işləyən noutbuka qoşduqda virus düşür. “iPhone” və “BlackBerry” smartfonları 1% təhlükə daşıyır.

Ən yüksək zərərli aktivlik əvvəlki kimi “ZeroAccess” botnetində müşahidə olunur. “Microsoft” və “Symantec” şirkətlərinin xidmətini qeyd etmək lazımdır.

Emil Hüseynov
 



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024