12px13px15px17px
Tarix:03/02/14

Azərbaycanın Elektron Təhlükəsizlik Mərkəzi ötən il baş vermiş kiberhücumlar və ziyanverici proqramlarla bağlı hesabat təqdim edib

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi ziyanverici proqramlar,  təhlükəsizlik çatışmazlıqları və kibertəhlükələr haqqında məlumatlar əsasında hesabat hazırlayıb.
 
ETM-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, 2013-cü ilin birinci yarısında tədqiqatçıların araşdırmaları nəticəsində məlum olub ki, mobil ziyanverici proqramların sayı sabit şəkildə, ümumi ziyanverici proqramların sayı isə sürətlə artıb.

Bütün dünyada spamlar 2013-cü ilin birinci yarısı üzrə iki dəfə artıb. “Citadel Trojanla” bağlı  araşdırmalar göstərir ki, bir çox ölkələrdə kibercinayətkarlar ənənəvi bank hesablarının oğurlanması təhlükəsini daha kütləvi formaya salaraq müəyyən ölkələrdə şəxsi informasiyaların oğurlanması istiqamətinə yönəldiblər.
 
Son zamanlar mobil telefonlar ziyanverici proqramların və kiberhücumların hədəfinə çevriliblər. Bütün mobil təhlükələrin, demək olar ki, 30%-i 2013-cü ilin birinci yarısında meydana çıxıb. Mobil ziyanverici proqramların əksəriyyəti “Android” əməliyyat sistemi ilə əlaqəlidir və bu proqramların sayı sürətlə artır. Server, şəbəkə və mobil qurğulara yönəlmiş ziyanverici proqramların sayı artaraq 128 milyonu ötüb.

Ötən ilin ikinci yarısında əldə olunan məlumatlara əsasən,  bu dəfə də mobil və ümumi ziyanverici proqramların sayında artım qeydə alınıb. Ümumilikdə bu vaxt ərzində kibercasusların hədəfi Cənubi Koreya olub. Bununla yanaşı, spamlar da diqqəti cəlb edir. Cənubi Koreyada baş vermiş, banklara və media şirkətlərinə qarşı yönəlmiş "The Dark Seoul" hücumu nəticəsində kompüterlər öz “master boot record”larını silərək sönüblər. Bir çox antivirus şirkətlərinin tədqiqatları zamanı məlum olub ki, bu hücum 2009-cu ildə kibercasuslar tərəfindən başladılan və Cənubi Koreyanın hərbi ordusuna istiqamətlənən hücumun davamıdır. Ötən ilin ikinci yarısında ən məşhur ziyanverici proqramlar – “backdoor” troyanları və banklara yönəlmiş ziyanverici proqramlar olublar. Bu müddətdə “Android” əməliyyat sistemi üçün 17 mindən çox ziyanverici proqram yazılıb. Bütün növ ziyanverici proqramların sayı isə 18 milyonu keçib. Qeyd edək ki,  “AutoRun” proqramı adətən USB qurğulardan yayılır.

Əldə olunan məlumatlardan aydın olur ki, “iframe” və ziyanverici “Java” kodları kimi brauzer əsaslı təhlükələr 2013-cü ildə əsas ziyanverici proqramlar olublar. Hücumların əsasını ABŞ-da yerləşən IP ünvanlar təşkil edir. Veb-təhlükələr üzrə analizlərin nəticəsi göstərir ki, yeni yaranmış şübhəli URL-lərin əksəriyyəti, xüsusilə də, ABŞ-da ikinci yarımildə 16% artıb. Fişinq hücumların əsas hədəfi də  yenə ABŞ olub. Fişinq hücumları əsasən maliyyə və onlayn auksion təşkilatlarında qeydə alınıb. Spamların səviyyəsi isə bu yarımildə əvvəlki vəziyyətinə qayıdıb. Belə ki, yarımil ərzində aprel ayında spam mesajların həcmi 2 trilyona çatmışdır ki, bu da 2010-cu ildən bəri görülmüş ən yüksək göstəricidir. Bu gün də dünyanın ayrı-ayrı ölkələrində spam botnetləri yayılmaqda davam edir.

Aynur Vəliyeva



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024