12px13px15px17px
Tarix:05/02/14

“World Cyber Games” kiberidman üzrə ən nəhəng “WCG” yarışlarının bağlanmasını elan edib

"World Cyber Games Inc." Baş direktoru Bred Li bu gün onun şirkətinin artıq kiberidman üzrə yarışları keçirməyəcəyini və  "WCG"  brendinin fəaliyyətini dayandırdığını elan edib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Bred Li bildirib ki, bütün tərəfdaşlar "WCG" brendini öz ölkələrində istifadə edə bilərlər. Bu qərar dünyada müşahidə olunan son tendensiyaların təsiri altında və dəyişkən biznes-mühiti nəzərə alaraq qəbul edilib. Yarışların bağlanmasının səbəbinin sponsorlardan birinin əməkdaşlıqdan imtina etməsi ehtimal edilir.

"WCG" kiberoyunlar üzrə dünyada ən nəhəng beynəlxalq çempionatdır və artıq 14 ildir ki, Cənubi Koreyanın "World Cyber Games Inc" şirkəti tərəfindən keçirilir. Bu yarışma idmançılar üçün keçirilən Olimpiya Oyunlarının analoqudur.

Aynur Vəliyeva
 



Baxış sayı: 889

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Dekabr 2024

03 12 2024