12px13px15px17px
Tarix:07/02/14

“NETTY” yubileyə hazırlaşır

“NETTY-2014” Azərbaycan Milli İnternet mükafatının 10-cu yubileyinin keçirilməsi ilə bağlı  hazırlıq işlərinə başlanılıb.
 
Müsabiqənin təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, müsabiqənin bu ilin mart ayında keçirilməsi planlaşdırılır. 
 
“NETTY”-nin mükafatı 2004-cü ildə təsis edilib - bütövlükdə Ümumdünya şəbəkəsinin və İT bazarının milli seqmentinin inkişafına kömək üçün yaradılıb, informasiya texnologiyaları sahəsində birinci Azərbaycan peşəkar mükafatıdır.
 
Hər il mükafat “Dövlət saytı”, “Korporativ sayt”, “Təhsil və elm”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis-sayt”, “Əyləncə”, “İdman”, “Elektron ticarət sahəsində ən yaxşı layihə”, “Azərbaycan”, “Şəxsi sayt”  nominasiyaları üzrə Azərbaycanda ən yaxşı saytları mükafatlandırır.   
 
Müsabiqə çərçivəsində həmçinin fəxri nominasiyalar üzrə mükafatların verilməsi həyata keçirilir: "Ən yaxşı mobil proqramlar“ Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT hadisəsi”. Hər il müsabiqədən kənar əlavə nominasiyalar təsis edilir.
 
Nominantların müəyyən edilməsi Virtual jürinin (İnternet istifadəçiləri) və Ekspert Şurasının Azərbaycanın ictimai,  dövlət və biznes strukturlarını təmsil edən xüsusi formalaşdırılmış mütəxəssislər və peşəkarlar qrupu) səsverməsi vasitəsilə həyata keçirilir. Mükafat qaliblərinin qəti seçimini “NETTY” Akademiyası həyata keçirir, onun da tərkibi Azərbaycanın ictimai, dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu şəxsiyyətlərdən ibarətdir. “NETTY”-nin keçirilməsi ənənəvi olaraq qaliblərin təntənəli mükafatlandırma mərasimi ilə yekunlaşır, hansı ki, özü-özlüyündə ən parlaq, qeyri-adi və ilin yaddaqalan  hadisələrindən biridir. Məhz orada “NETTY-2014” nominasiyalarının finalçıları rəsmi elan olunacaq. Müsabiqənin əsas mükafatı “NETTY” heykəlciyi qaliblərə təntənəli surətdə verilir.
 
Bu il də, əvvəllər olduğu kimi, müsabiqə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin və bir sıra kommersiya şirkətlərinin  hərtərəfli dəstəyi ilə keçirilir. Mükafatla əməkdaşlıqlar məsələləri üzrə “info@netty.az” poçt ünvanına müraciət etmək olar.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 340

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Avqust 2019

20 08 2019

20/08/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullaye

20/08/19
Noutbuk bazarında tədarük həcmi 7% artıb

2019-cu ilin iyulunda beş ən böyük noutbuk istehsalçısının ötən ayla müqayisədə avadanlıqların tədarük hə

20/08/19
“Tesla Roadster” kosmik avtomobili Günəş ətrafında ilk dövrəni başa vurub

Amerikalı sahibkar İlon Maska məxsus “Tesla Roadster” kosmik avtomobili Günəş ətrafında ilk uçuş dövrəsin

20/08/19
“Xiaomi” şirkəti 108 meqapiksellik kamera ilə təchiz edilmiş smartfon təqdim edəcək

“Xiaomi Mi Mix 4” smartfonu 108 meqapiksellik təsvir ölçülü kamera ilə təchiz ediləcək. Bu haqda “Gizmoc

20/08/19
Böyük ekranlı “Redmi” televizorunun təqdimat tarixi açıqlanıb

Çinin “Xiaomi” şirkəti “Redmi” brendli ilk televizorun təqdimat tarixini açıqlayıb.

20/08/19
“Bluetooth” texnologiyasının şifrələməsində boşluq aşkar edilib

“USENIX” simpoziumunda çıxış edən tədqiqatçıların qənaətinə görə, haker bir neçə saniyə ərzində “Blu

20/08/19
“Bulud” əməliyyat sistemi ucuz telefonların işini sürətləndirəcək

“CloudMosa” şirkəti ucuz (100 dollaradək) və zəif qurğular üçün adaptasiya olunan “Puffin OS” adlı yeni

20/08/19
Çin şirkətləri faylların simsiz paylaşımı üçün standart yaradırlar

Çinin üç ən böyük smartfon istehsalçısı (“Xiaomi”, “Vivo” və “Oppo”)

20/08/19
Yeni protokol “Wi-Fi” nöqtəsindən ötürülən videonun keyfiyyətini yaxşılaşdıracaq

Massaçusets Texnologiya İnstitutunun (MIT) kompüter elmləri və süni intellekt laboratoriyasının (CSAIL) a